Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1067/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 8946/2024 saylı məktubu ilə tələb edilən sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etmədiyinə görə "xxxx" ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 548.2-ci maddəsi ilə 23 noyabr 2024-cü il tarixli EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törədən şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 8946/2024 saylı sorğu məktubundan görünür ki, "xxxx" ASC-dən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli, həmçinin illik hesabatda idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanması üzrə kənar auditor rəyi öz əksini tapmalıdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 8946/2024 saylı sorğu məktubundan görünür ki, "xxxx" ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində təqdim etməsi xahiş olunmuş, əks halda İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. 23 noyabr 2024-cü il tarixli EP ******* saylı protokoldan görünür ki, Lənkəran Nəqliyyat Xidməti 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2024-cü il tarixdə törətmişdir. Poçt xəbərnamələrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə məktub nümayəndəsi Muxtar Quliyev tərəfindən xx.xx.2024-cü il tarixdə şəxsən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan görünür ki, "xxxx" ASC-nin ünvanı ünvan 3ür ki, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İXM-nin 548.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8946/2024 saylı məktubla "xxxx" ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində təqdim etməsi xahiş olunmuş, lakin "xxxx" ASC həmin məktubu rəsmi qaydada almasına baxmayaraq həmin məlumatları Mərkəzi Banka göndərməmişdir. "xxxx" ASC-nin inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 548.2-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispoziyasında qeyd olunan əməllərin törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş "xxxx" ASC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş "xxxx" ASCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1067/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1067/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver