Məhkəmə qərarları › İş №3(049)-1068/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1068/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1068/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi: Nümayəndə3 işirakı ilə, Hüquqi ünvanı ünvan 1əmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 548.2-ci maddəsi ilə 23 noyabr 2024-cü il tarixli, EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 23 noyabr 2024-cü il tarixli, EP ******* saylı protokolda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8947/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitetin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, "xxxx" ASC-də hüquqşünas vəzifəsinə işləyir. "xxxx" ASC 2012-ci ildən fəaliyyətini dayandırmış, bu barədə məlumat vergi orqanlarına verilmişdir. "xxxx" ASC qeyd edilən müddət ərzində heç bir müqavilə bağlamamışdır, habelə işçisi belə olmamıdır. Bu səbəbdən də audit cəlb edilməmişdir. 2024-cü ilin noyabr ayında "xxxx" ASC üçün Asan İmza almaq istəyərkən belə bir protokolun tərtib edilməsindən xəbərdar olmuşlar. Eyni zamanda "xxxx" ASC-nin ünvanına hər hansı məktub da daxil olmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-8947/2024 saylı məktubdan görünür ki, "xxxx" ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında elan edilərək araşdırılmış poçt qəbzindən görünür ki, 26/2-8947 saylı məktub xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə çatdırılmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli 6-1-26/3-11224/2024 saylı məktubdan görünür ki, "xxxx" ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmədiyindən İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması bildirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan görünür ki, VÖEN-i ********** olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 6 görünür ki, ********** saylı VÖEN aktivdir. İXM-nin 548.2-ci maddəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.2-ci maddəsinə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Həmin Məcəllənin 107-1.3-cü maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. “Qiymətli Kağızlar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5.-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən, Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Həmin Qanunun 75.5-ci maddəsinə əsasən, illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməmişdir. Hüquqi şəxsin nümayəndəsi bu halı fəaliyyətin dayandırılması ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, VÖEN-nin aktiv olması ilə bu hal təkzib edilir. Eləcə də, məhkəmə hesab edir ki, müəssisənin hər hansı gəlirinin olmaması və ya müqavilə bağlamaması emitentə dair məlumatın verilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. "xxxx" ASC-nin inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 548.2-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispoziyasında qeyd olunan əməllərin törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş "xxxx" ASC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş "xxxx" ASCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar