Məhkəmə qərarları › İş №3(049)-107/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-107/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-107/2025 07.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023, xx.xx.2023 və digər tarixli qərarlarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏNETDİ: X1 rayon məhkəməsinə Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023, xx.xx.2023 və digər tarixli qərarlarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd edilən məzmunlu ərizə ilə şikayətçi X2 rayon məhkəməsinə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli qərardadla ərizə geri qaytarılmışdır. Qeyd edilən qərardadda göstərilmişdir ki, şikayətçi X4 tərəfindən mübahisələndirilən qərarların onun tərəfindən nə vaxt əldə edilməsini təsdiqləyən sübutlar şikayətinə əlavə edilmədiyindən şikayət verilmə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün deyildir. Eləcə də qərardadda Azərbaycan Respublikası İXM-in 57, 130-cu maddələrinə istinad edilməklə izah verilmişdir. X4 hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadda göstərilənlərin əksinə qeyd edir ki, qərarlar ona rəsmi qaydada göndərilməyibdir. Müddətin ötürülüb-ötürülməməsi məsələsini müəyyən etmək məhkəmənin üzərinə düşür vətəndaşın deyil. Şikayət etdiyim qərarları tərtib edən əməkdaşların çalışdığı orqan həmin qərarların mənə göndərildiyini sübut etməlidirlər. Məhkəmə qərarların rəsmi qaydada verilməsi ilə bağlı şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normalarını izah etməyi məqsədə müvafiq hesab edir: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 127-6.1. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər.[156] 127-6.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 127-6.3. Bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.[1 Maddə 127-5. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma 127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir; 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə İXM-in 130.2-ci maddəsində göstərilən normanı nəzərdən keçirərək şikayətçinin ərizəsində qeyd edilən “Müddətin ötürülüb-ötürülməməsi məsələsini müəyyən etmək məhkəmənin üzərinə düşür vətəndaşın deyil” hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, qeyd edilən normadan da göründüyü kimi qəbul edilmiş qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Əgər bu müddət üzrlü səbəbdən buraxılmışdırsa şikayət və ya protest verən şəxsin vəsatəti ilə müddət bərpa edilə bilər. Normanın məzmunundan aydın olduğu kimi göstərilən halda müddətin buraxılıb-buraxılmadığını və ya üzrlü sayılması ilə bağlı şikayətçi tərəfindən vəsatət verilməlidir. Bu halda sübutetmə vəzifəsi də onun üzərinə qoyulmuşdur. Bununla belə xx.xx.2025-ci il tarixli qərardadla şikayətçi X4 tərəfindən mübahisələndirilən qərarların onun tərəfindən nə vaxt əldə edilməsini təsdiqləyən sübutlar şikayətə əlavə edilməli olması qeyd edilsə belə bu hallar aradan qaldırılmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023, xx.xx.2023 və digər tarixli qərarlarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar