Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1070/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lerik rayonu Piran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 21 mart 2023-cü il tarixdə saat 00:30 radələrində «Mersedes» markalı ** RB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Lənkəran şəhəri, Hacılar küçəsi ilə hərəkətdə olan zaman həmin küçənin M.M.Axund küçəsi ilə kəsişdiyi yerdə yol nişanının tələbini pozaraq Lənkəran rayon Nərimanabad qəsəbəsində yaşayan X5 idarə ediyi “Mersedes” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobildə olan sərnişin X6 xəsarət almışdır. Nəqliyyat hadisəsi törətdiyinə görə X4 barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında bildirmişdir ki, 20 mart 2023-cü il tarixdə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Mersedes» markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilli qardaşı Rəşad Hümbətovla birlikdə Lənkəran şəhərində gəzinti məqsədi ilə idarə edərkən yol nişanını görmədiyi üçün sağ tərəfdən gələn “Mersedes” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil yol kənarında yerləşən dəmir mağazaya dəyib dayanmışdır. Nəticədə avtomobilin qabaq oturacağında əyləşən sürücünün arvadı əzilərək yüngül xəsarət almışdır. Həmin qadını xəstəxanaya aparmışlar. Özü hadisədə xəsarət almamışdır. Həmin hadisədə özünün təqsirli olduğunu etiraf edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, C.Hümmətzadə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam təsdiq olunur. X4 həmin inzibati xətanın törədilməsində təqsirlidir.Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş X2 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən X1 əməlini etiraf edib peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs X4 barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X3 ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mübahisə barədə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9.
Məhkəmə qərarları › İş №3(049)-1070/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1070/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver