Məhkəmə qərarları › İş №3(049)-1072/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1072/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1072/2024 17.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2-8948/2024 nömrəli məktubu ilə tələb edilən məlumatı təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tətrib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2-8948/2024 nömrəli məktubundan və xəbərnamədən görünür ki, hüquqi şəxs Şəxs ASC-nə məktub göndərilərək 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb edilmiş, əks halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə həmin hüquqi şəxsə bildiriş göndərilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2024-cü il tarixdə Şəxs ASC-nə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 6-1-26/3-11224/2024 nömrəli bildiriş məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla hüquqi şəxs Şəxs ASC-nə müraciət edilərək 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb edilmiş, əks halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə həmin hüquqi şəxsə bildiriş göndərilmişdir. Lakin Şəxs ASC Mərkəzi Bankının qeyd olunan məktubu ilə tələb edilən məlumatı təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2- 8948/2024 nömrəli məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən təqdim edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan 1500 manat miqdarında inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs ASC xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar