Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1078/2023 26.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinidən Lənkəran rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli protokol əsasında materiallar xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmənin xx.xx.2022ci il tarixli qərarı ləğv edilmiş, inzibati material yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və məhkəmə İXM-nin 111.1-ci maddəsinin tələblərini əldə rəhbər tutaraq məhkəmə iclasını 15 gün müddəti çərçivəsində, xx.xx.2023-cü il tarixə təyin etmişdir. Belə ki, İXM-nin 111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmişlər. Lakin, Şəxs nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək materiala onun və Şəxs iştirakı olmadan baxıb inzibati xəta haqqında başlanılmış inzibati icraata İXM-nin 53.16-cı maddəsi ilə deyil, 53.1.1-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, müddətin keçməsi ilə bağlı xitam verilməlidir. Beləki, iş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş idarəsinin Şəxs ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli **********151660 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin olunduğu, keçirilən yoxlama ilə əlaqədar xx.xx.2021-ci ii tarixli **********151660 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, xx.xx.2021-ci il tarixli **********151726 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə, xx.xx.2021-ci il tarixli KY ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış göndərilir. İş materiallarında olan Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********157817 saylı qərarın surətindən görünür ki, Şəxs mülkiyyətində və istifadəsində olan daşınar əmlakın, malların, o cümlədən qeyrimaddi aktivlərin və pul vəsaitlərinin invertarizasiyası aparılması təyin edilmiş və invertizasiyanın aparılması üçün 10 gün müəyyən edilmiş və həmin qərarın surəti Şəxs göndərilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş idarəsinin Şəxs ünvanlandığı xx.xx.2022-ci il tarixli **********739800 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli **********151660 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin olunduğu, keçirilən yoxlama ilə əlaqədar xx.xx.2021-ci ii tarixli **********151660 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00- da ona məxsuys Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materiallarının satışı mağazasında mülkiyyətində və ya istifadəsində olan daşınmaz əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının aparılması nəzərdə tutulmuşdur. Onun aparılması üçün şəraitin yaradılması, həmçinin aparılacaq inventarizasiyada onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının tələb olunduğu göstərilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları A.Ağayev, M.Kazımzadə və hal şahidləri F.Əliyev və A.Hüseynzadə tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli **********157817 saylı nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın icrası ilə əlaqədar Şəxs məxsus Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materiallarının satışı mağazasında olmuş, lakin Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o mağazaya gəlmədiyinə görə yoxlamanın keçirilməsi mümkün olmamışdır. Məhkəməmə Şəxs nümayəndəsinin məhkəməyə elektron qaydada göndərdiyi ərizədə inzibati xəta haqqında başlanılmış inzibati icraata İXM-nin 53.1.6-cı maddəsi ilə deyil, 53.1.1-ci maddəsinə əsasən xitam verilməsinə qiymət verərək qeyd edir ki, inzibati icraata İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməsi üçün əsas yoxdur. Belə ki, o, ərizəsində qeyd etmişdir ki, vergi orqanı inventarizasiyanın aparılması üçün 10 gün, son müddət (son gün xx.xx.2022-ci il) müəyyən edilmişdir. Lakin həmin orqanın əməkdaşları 10 gün müddəti gözləmədən xx.xx.2022-ci il tarixdə obyektdə olmuşlar. Məhkəmə bununla bağlı qeyd edir ki, 10 gün dedikdə, vergi orqanı inventarizasiyanın bu 10 günün çərçivəsində, istədiyi gün apara bilər. Onlar rəsmi qaydada Şəxs həmin 10 günün daxilində olan xx.xx.2022-ci il tarixdə inventarizasiya aparmaq istədikləri və bunun üçün şəraitin yaradılması xahiş olunmuşdur. Lakin, Şəxs həmin tələblərə məhəl qoymamış və bununla da, qeyd olunan inzibati xətanı törətmişdir. Ərizədə o da qeyd olunmuşdur ki, həmin vaxt Şəxs xəstə olduğundan obyektdə ola bilməyəcəyini bildirdiyi halda, vergi orqanının əməkdaşları yoxlamanı təxirə salmamışlar. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanının Şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli **********739800 nömrəli məktubunda yoxlamanın aparılması üçün şəraitin yaradılması, həmçinin aparılacaq inventarizasiyada onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının tələb olunduğu göstərilmişdir. Şəxs yoxlama zamanı xəstə olmuşdursa, onda onun yoxlamaya öz səlahiyyətli nümayəndəsini yollamaq imkanı olub. Lakin o, bunu etməməklə inzibati xətaya yol vermişdir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri olması tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Bununla yanaşı məhkəmə hesab edir ki, inzibati icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən hazırki inzibati xəta ilə əlaqədar inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, hazırki inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın aşkar olunduğu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək verilə bilərdi. Lakin, qeyd olunan inzibati material Şirvan Apellyasiya Məhkəməsindən Lənkəran Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixə inzibati xətanın aşkar olunduğu gündən bil il keçmiş olur. Göründüyü kimi, hazırda Şəxs müddəti keçməsi ilə əlaqədar inzibati tənbeh vermək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən isə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(049)-1078/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1078/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver