Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-108/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X2, Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli protokol üzrə qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu üzrə qəbul etdiyi qərarın protokolun ləğv edilərək barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməs barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Eyni zamanda qərardan şikayət verən şəxs şikayət ərizəsinə mübahisələndiridiyi qərarı əlavə etməmişdir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: X1 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli protokol üzrə qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-108/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-108/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver