Məhkəmə qərarları › İş №3(049)-1086/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1086/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1086/2022 20.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X3, şikayətçinin nümayəndəsi: X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X11 Polisi Bölməsinin inspektoru X4 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X11 Polisi Bölməsinin inspektoru X4 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, X5 31 avqust 2022-ci il tarixdə saat 12 30 radələrində özünə məxsus Qaz-3110 minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt- Astara yolunun 201-ci km-də hərəkət edərkən ışıqforun yaşıl işığında keçərək yoluma davam edərək təxminən 200 metr hərəkət etdikdən sonra qarşıdan hərəkət edən yol polisi əməkdaşı idarə etdiyi masın saxlayaraq saxla işarəsi vermişdir. O, maşını kənara verərək saxlamışdır. Yol polisi əməkdaşı özünü təqdim etmədən sənədlərini soruşmuş, o, da maşına dair bütün sənədləri təqdim etmişdir. O, sənədləri alandan sonra bildirmişdir ki, “bəs niyə işıqforun qırmızı işığnda keçirsən”. O, bildirmişdir ki, işıqforun qırmızı deyil, yaşıl işığında keçmişdir. Sonra sənədləri verməyi ondan tələb etmiş, onlar da sənədləri vermişlər. Həmin vaxt heç bir protokol tərtib edilməmişdir. Sonra o, maşını sürüb getmişdir. Sonra isə o, Rusiya Federasiyasına getmişdir. O, Rusiya Federasiyasında olarkən atası Azərbaycandan zəng edərək bildirdi ki, “bəs sənin adına 60 manat cərimə gəlibdir”. O, da olanları atasına danışmışdır. Bundan sonra atası X12 getmiş və ona tətbiq olunmuş cərimənin səbəbini soruşmdur. Lakin atası dəfələrlə get-gələ salmış və sonda demişlər ki, guya o, idarə etdiyim avtomaşınla 31 avqust 2022-ci il tarixdə işıqforun qırmızı işığında keçmişdir. Atası onlardan video görüntünü tələb edəndə onlar atasına qarşı kobudluq etmişlər və axırda məcburiyyət qarşısında qalaraq video görüntünü təqdim etmişlər. Atası həmin video görüntüyə baxanda həqiqətən də işıqforun qırmızı işığında keçməyi həmin video görüntü ilə təsdiqini tapmamışdır. Bundan sonra atası onlardan tətbiq olunan cərimə cəzasının qərarını onlardan tələb etmişdir. Atası dəfələrlə X12 gedəndən sonra nəhayət 21 oktyabr 2022-ci il tarixdə həmin protokolun sürətinin almasına nail olmuşdur. Həmin protokola baxanda bizə məlum olmuşdur ki, guya o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmidir. Həmin protokol sadəcə bir kağız parçasından başqa bir şey deildir, çünki, həmin protokol natamam tərtib edilməklə hətta yol verdiyi qanun pozuntusuna görə hansı məbləğdə cərimeəolunmağım belə qeyd edilməmişdir. Həmin qərarla razı deyil. Ona görə də həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X11 Polisi Bölməsinin inspektoru X8 iş üzrə videogörüntü təqdim edərək, tərtib edilmiş protokol və qərarın qanunauyğun olduğunu bildirib şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12.51-də X5 “QAZ 3110” (minik) markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “ASAN Ödəniş” sistemindən çıxarışdan görünür ki, X2 İXP ******* nömrəli protokol üzrə ödənilməmiş cəriməsi vardır. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və məhkəmə iclasında elan edilərək araşdırılmış video görünütüdən müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə, saat 12.51-də “QAZ 3110” (minik) markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara yolunun 201-ci kilometrliyində svetaforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, hadisə törədilən anda X5 barəsində qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, şikayətdə göstərilən əsasların müəyyən olunması, həqiqiliyinin aşkar edilməsi üçün məhkəməyə hər hansı mötəbə sübut qismində araşdırılması üçün heç bir dəlil ( şahid izahatı, hər hansı sənəd və s) irəli sürülməmişdir. Şikayətdə göstərilən və eləcə də şikayətə əlavə edilən sənədlər birbaşa inzibati xəta hadisəsinin törədilməsi faktını təsdiq edən sənədlərdir ki, həmin hallar şikayətin əsası kimi yox, əksinə şikayətin verilən qərarın həqiqiliyini sübuta yetirmiş olur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X11 Polisi Bölməsinin inspektoru X4 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X11 Polisi Bölməsinin inspektoru X4 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar