Məhkəmə qərarları › İş №3(049)-109/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-109/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-109/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ARDNŞ-nin Qaz İxrac İdarəsində çilingər vəzifəsində işləyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 26 dekabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X3 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi, polis kapitanı X7 tərəfindən MN ******* nömrəli, 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Mamusta kəndində çayxanada Zərərçəkmiş şəxs qəsdən itələyib yıxaraq sağ qaş nahiyəsinin divara dəyməsinə səbəb olmaqla həmin nahiyədə xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında MN ******* nömrəli, 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində dostları ilə görüşmək üçün yaşadığı Mamusta kəndində çayxanaya getmişdir. Çayxanaya daxil olduqda dostları ilə bərabər eyni masada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da əyləşdiyini görmüşdür. Dostları və özünün Əlihüseynlə münasibəti olmasa da, sonuncu onlarla birgə oturmuşdur. O, Əlihüseyin həmin masadan kənarlaşdırmaq üçün ondan domini gətirməsini xahiş etmiş, Əlihüseyn ayağa qalxdıqda o, Əlihüseynin oturduğu stulda əyləşmişdir. Əlihüseyn bunu gördükdə onun ünvanına nalayiq küçə söyüşü söyərək üzərinə gəlmiş, o da Əlihüseynlə mübahisə etməmək üçün əli ilə itələmiş, sonuncunun çayxananın divarı üstə yıxılması nəticəsində qaş nahiyəsi zədələnmiş və qan gəlmişdir. O, dərhal Əlihüseynin qaşından axan qanı təmizləmiş onu evlərinə aparıb atasına təhvil verərək hadisə barəsində atasına məlumat vermiş, atası ilə ona narahat olmamasını bildirmişdir. Daha sonra Əlihüseyni xəstəxanaya aparmış, ona orda tibbi yardım göstərilmişdir. Əlihüseynin dediyi kimi onu diz nahiyəsi ilə vurmamışdır. Zərərçəkmiş şəxs ilə məhkəməyəqədər və məhkəmədə də barışmağa cəhd göstərsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Əməlindən səmimi peşmançılıq hissi keçirərək özünü təqsirli bilir. Göstərilənlərə əsasən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, anadanəglmə 3-cü dərəcə əlildir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı Mamusta kəndində çayxanaya getmişdir. Kənd sakinlərindən olan tanıdığı şəxslərin əyləşdikləri masa ətrafında o da əyləşmişdir. Bir qədər sonra Şəxs çayxanaya gəlmiş, stolun üstündəki dominonu yerə tökərək onu yerindən qaldırmış və özü əyləşmişdir. O da buna görə əsəbiləşib Ağakişinin ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Ağakişi onun üzərində hücum çəkərək onu tutub dizi ilə qaş nahiyəsinə vurmuşdur. Bundan sonra qaş nahiyəsindən qan gəlməyə başlamış, Ağakişi onun qaş nahiyəsindən gələn qanı təmizləmiş və onu evə aparıb atasına təhvil vermişdir. Daha sonra Ağakişi onu xəstəxanaya aparmış, ona orda tibbi yardım göstərilmişdir. Məhkəməyəqədər və məhkəmədə də Ağakişi onunla barışmağa cəhd göstərsə də, o, Ağakişi ilə barışmamış, onun barəsində həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadıqları Mamusta kəndində dostları ilə birgə çayxanada olarkən Zərərçəkmiş şəxs da onların masasında əyləşmişdir. Əlihüseynlə münasibətləri yaxın olmadığı üçün onunla birgə oturmaq istəməsələr də Əlihüseyn masadan qalxmamışdır. Bir qədər sonra dostları Ağakişi çayxanaya gəlib masaya yaxınlaşmış, Əlihüseynin masa ətrafında əyləşdiyini görüb onu uzaqlaşdırmaq üçün Əlihüseyndən domino gətirməsini xahiş etmiş, sonuncu oturacaqdan qalxan kimi Ağakişi əyləşmişdir. Əlihüseyn bunu gördükdə Ağakişinin ünvanına nalayiq küçə söyüşü söyərək üzərinə gəlmiş, o da Əlihüseynlə mübahisə etməmək üçün əli ilə itələmiş, sonuncunun çayxananın divarı üstə yıxılması nəticəsində qaş nahiyəsi zədələnmiş və qan gəlmişdir. O, dərhal Əlihüseynin qaşından axan qanı təmizləmiş onu evlərinə aparmışdır. Ağakişi Əlihüseyni sonuncunun dediyi kimi dizi ilə vurmamışdır. Məhkəmə iclasında şahid X1 Roman Soltan oğlu ilə oxşar məzmunlu izahat verdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran rayonlararası MTE və PA X6 verdiyi 139 nömrəli xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sağ qaş nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, bərk küt əşya ilə vurulma nəticəsində əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 dekabr 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 həvalə edilməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs ARDNŞ-nin Qaz İxrac İdarəsində çilingər vəzifəsində işləyir və himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 adında uşağı vardır. Lənkəran ŞRPŞ-dən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs heç bir əlillik statusu müəyyən edilməmişdir. 151707 №-li xx.xx.2016-cı il tarixdə verilmiş vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 18 yaşına çatanadək əlillik vəsiqəsinin sahibi Şahiddır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsi, Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra ona ilkin yardım göstərməsi, ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparması, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsi, himayəsində azyaşlı uşağının olması İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən sadalanan halların olmasını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar