Məhkəmə qərarları › İş №3(049)-1090/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1090/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1090/2023 18.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 may 2023-cü il tarixdə saat 13:30 radələrində Lənkəran şəhərində, “Alov” restoranının yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən şöbəyə aparılmış və üzərində 01 ədəd bükümdə 0,036 qram çəkidə narkotik vasitə heroin əldə edib saxladığına görə barəsində İXM-nin 206-cı maddəsi ilə 17 may 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 11 may 2023-cü il tarixdə saat 13:30 radələrində Lənkəran şəhəri “Alov” restoranı yaxınlığında olarkən polis əməkdaşları onu şöbəyə aparmış, üzərində şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, heroini Xəzər dənizi sahilində yerdən tapmış, əldə etdikdən sonra bir dəfə özü qəbul etmiş, heç kimə verməmiş, satmamışdır. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin HK-1/104 saylı material üzrə 11 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 206-cı maddəsi ilə tədbir görülməsi üçün BNMİ-nin X1 Şöbəsinin aidiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli 19/536 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs təqdim etdiyi 01 büküm heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imza olan 1 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,036 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,02 qram istifadə edilmiş, qalıq 0,016 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 531 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1/104 saylı material üzrə 12 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan və onun azad edilməsi barədə qərardan görünür ki, Şəxs 11 may 2023-cü il saat 10:30-dan 12 may 2023-cü il saat 13:10dək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «heroin» olan maddə narkotik maddədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs tutduğu əməldən səmimi peşmançılığı İXM-nin 32.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eləcə də İXM-nin 30.2-ci maddəsinin tələbini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 206-cı maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməllərin törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müvafiq normativ hüquqi aktın tələbləri rəhbər tutulmaqla, Şəxs məcburi müalicə təyin edilməməli, xx.xx.2023-cü il tarixli, 531 №-li rəyə əsasən o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə DİN BNMİ-nin CBRŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,016 qram narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqadan sonra müvafiuq qaydada məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında məsrəflərlə əlaqədar qeyd edir ki, İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 65 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə DİN BNMİ-nin CBRŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,016 qram narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqadan sonra müvafiuq qaydada məhv edilsin. Şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi və ekspertizadan sonra qalıq qalmış 0,016 qram narkotik maddə heroin məhv edilməsi hissəsində Lənkəran rayon İcra və Probasiya Şöbəsinə, Şəxs narkomaniyadan məcburi müalicəsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hissəsində isə Lənkəran şəhər Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar