Məhkəmə qərarları › İş №3(049)-1092/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1092/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1092/2023 19.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, X1 Lənkəran ŞRPŞ-nin, DYPB-nin Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Lənkəran ŞRPŞ-nin, DYPBnin Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, şikayət ərizəsi qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmiş və buraxılmış müddətin bərpa edilməsi üçün vəsatət şikayət ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından göründüyü kimi X2 barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış qərar xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Lakin qanunvericilikdə qeyd edildiyi kimi həmin protokolla bağlı yuzarı vəzifəli şəxsə müraciət etməmiş, qeyd edilən protokol əsasında qərar qəbul edilmiş və həmin qərardadan da, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verməyərək həmin müddəti ötürmüşdür. Həmçinin hazırki şikayət ərizəsinə Lənkəran ŞRPŞ-nin, DYPB-nin Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı əlavə edilməmişdir. Bu səbəblərdən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş Lənkəran ŞRPŞnin, DYPB-nin Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran ŞRPŞ-nin, DYPB-nin Yol Patrul Xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında yazılmış xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar