Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1093/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:15 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, protokol tərtib edən orqanın nümayəndəsi: Lənkəran Şəhər-Rayon Polis YPX-nin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Talışlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 18 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Lənkəran rayonu, Şiləvar kəndi ərazisində hərəkətdə olarkən idarə etdiyi “VAZ 2107” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan qarşısında hərəkətdə olan “X7” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamadığı üçün həmin nəqliyyat vasitəsinin arxa hissəsindən toqquşmuş və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Lənkəran Şəhər-Rayon Polis YPX-nin inspektoru X2 məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunya uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ yoxdur. 18 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Lənkəran rayonu, Şiləvar kəndi ərazisində idarə etdiyi “VAZ 2107” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuşdur. Həmin vaxt onun qarşısında sonradan tanıdığı X1 idarə etdiyi “X7” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. Hərəkətlərdə olduqları zaman X1 qarşısına maneə çıxdığı üçün əyləcdən istifadə etmişdir. Həmin vaxt X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamadığı üçün həmin nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmasa da nəqliyyat vasitələrinə ziyan dəymişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül inzibati təhbeh tədbiri verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, əməlindən səmimi peşman olmasını və ailəsini taksi fəaliyyəti ilə məşğul olmaqla təmin etməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1093/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1093/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver