Məhkəmə qərarları › İş №3(049)-1095/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1095/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1095/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran şəhəri, Lənkəran Rayon Məhkəməsinin inzibati binası Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi 23 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi 13 dekabr 2022-ci il tarixli 2(049)-2413/2022 saylı qətnaməsinə əsasən Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli 2(049)-2413/2022 nömrəli icra vərəqəsinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları 15 mart 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində 1 uşaq üçün 130 manat, 3 uşaq üçün 390 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə xx.xx.2023-cü il tarixdə icra şöbəsində olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar borcluya tələbi təmin etməsi üçün təkrarən vaxt verilmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş, nəticədə bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İcraat dövründə borclu tərəfindən məhkəmə qərarına əsasən tələbkarın xeyrinə xx.xx.2022-ci il tarixdən ödənilməli olan hər aya görə 390 manat olmaqla hazırki günə qədər 3900 manat məbləğində aliment borcu yaranmışdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə aliment borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, sözügedən məhkəmə qətnaməsi barədə məlumatı olmuşdur, lakin hazıradək aliment borcuna dair tələbkara heç bir ödəniş etməmişdir. O, təsərrüfatla məşğul olduğundan yay mövsümündə alimen borcunu hissə-hissə ödəyəcəkdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 390 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği 3900 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 23 may 2023-cü il tarixindən saat 15:30-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar