Məhkəmə qərarları › İş №3(049)-1099/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1099/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1099/2024 25.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 barəsində X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 198.1.5-ci maddəsi ilə qəbul edilmiş MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Emin Əkbərovun şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət verərək, xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “X7” MMC-nin direktoru olaraq (vəzifəli şəxs kimi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə olunmuşdur. Belə ki, müəssisənin keçmiş işçisi olmuş X2 ilə aralarında bağlanmış əmək müqaviləsində həftəlik iş saatı 40 saat olmaqla 6 günlük iş rejimində çalışdığı göstərilsə də sonradan Əmək Müfəttişliyinin tələbinə əsasən şirkət tərəfindən göndərilmiş iş vaxtı uçotu cədvəllərinə baxış keçirilərkən şənbə günü 1 saat artıq işlərə cəlb olunduğu məlum olmuş, bununla da işçinin həftəlik iş norması pozulmuşdur. Protokolla bağlı sms məlumatı aldıqdan sonra məsələ barədə şirkətin İnsan Resursları şöbəsindən izahlı rəy alınmış və məlum olmuşdur ki, X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş sorğu cavablandırılarkən müvafiq sənədlər əlavə edilmiş, iş vaxtı uçotu cədvəlinə baxış keçirilərkən məlum olmuşdur ki, şirkətin İnsan Resursları tərəfindən cavab olaraq hazırlanmış cədvəldə texniki səhv olaraq şənbə günü 1 saat artıq göstərilmişdir. AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 06 noyabr 2024-cü il tarixli MN2122416 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 19 noyabr 2024-cü il tarixə təyin edilmiş, şirkətin İnsan Resursları əməkdaşı video konfransa qoşulmuş və bir neçə saatlıq konfransın təxirə salınmasını xahiş edərək texniki səhvə yol verilmiş uçot cədvəlində düzəlişlər edilərək yenidən X4 Xidməti Bakı şəhər İdarəsinə göndərilmiş, lakin İdarə əvvəlki sənədlər əsasında direktorun cərimə olunmasına dair qərar qəbul etmişdir. İş vaxtı uçotu cədvəlində texniki səhv olmasına görə imzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab edir və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini zəruri bilir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş X6 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Qəbul edilmiş qərardan verilmiş şikayət ərizəsinə əlavə edilmiş Emin Əkbərovun müraciətindən görünür ki, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin baş məsələhətçisi Nümayəndə bildirmişdir ki, qəbul olunmuş qərar qanuni və əsaslı olmuş, şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, daxil olmuş şikayət əsasında Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparıldığı zaman “X7” MMC-dən müvafiq sənədlər istənilmiş, qeyd edilən sənədlərdən biri də iş vaxtının uçotu cədvəli olmuşdur. Şikayətçi və “X7” MMC arasında bağlanmış müqaviləyə əsasən həftəlik olaraq 40 saat iş vaxtı müəyyən edilsə də, lakin 2024-cü ilin iyul və avqust aylarında həftənin şənbə günü bir saat artıq iş görülməsi qeyd edilməklə ümumilikdə iş vaxtı həmin aylarda hər həftə üçün 41 saat olmuşdur. Bu səbəbdən də X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Verilmiş suallara cavab olaraq Nümayəndə göstərmişdir ki, iş vaxtının uçotu cədvəlinin sistem üzrə hər hansı qeydiyyatı və ya nömrəsi olmadığından həmin cədvəldə sonradan hər hansı dəyişikliyin edilməsi mümkündür. Həmçinin Xidmətə təqdim edilmiş cədvəl müəssisə rəhbəri Emin Əkbərov tərəfindən təsdiq edilmiş şəkildə təqdim edilmişdir. Qərar da həmin cədvəldə göstərilən iş saatına müvafiq olaraq qəbul edilmişdir. Məhkəmə şikayət edilən orqanın nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Şikayət ərizəsinə əlavə edilmiş “X7” MMC-nin 2024-cü ilin iyul və avqust ayları üzrə davamiyyət cədvəlindən görünür ki, X2 göstərilən aylarda həftəlik olaraq 40 saat işləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X7” MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, “X7” MMC ilə X6 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən həftə ərzində 40 saatdan çox olmayaraq iş saatı müəyyən edilmişdir. X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş araşdırma materiallarında olan məktubdan görünür ki, qeyd edilən idarənin sorğusu əsasında “X7” MMC-nin direktoru Emin Əkbərov tərəfindən müvafiq sənədlər xx.xx.2024-cü il tarixli məktubla göndərilmişdir. Araşdırma materiallarında olan “X7” MMC-nin 2024-cü ilin iyul və avqust ayları üzrə davamiyyət cədvəlindən görünür ki, X2 göstərilən aylarda həftəlik olaraq 41 saat işləmişdir. Həmin cədvəl qeyd edilən müəssisənin direktoru tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir. Göründüyü kimi “X7” MMC-nin derektoru X6 ərizəsində X1 həftəlik 40 saatdan artıq işə cəlb edilmədiyini bildirib bununla bağlı davamiyyət cədvəlini təqdim etsə də, lakin X4 Xidmətinin Bakı şəhər idarəsi araşdırma materialında təqdim etdiyi eyni davamiyyət cədvəlindən görünür ki, Şahin Nəbiyev həftəlik 41 saat işləmişdir. Sonuncu təqdim edilmiş cədvəl bilvasitə “X7” MMC-nin derektoru X6 tərəfindən imzalanmışdır. Qərardan şikayət verən şəxs Emin Əkbərov tərəfindən yeni davamiyyət cədvəli təqdim edilsə belə, həmin cədvəlin mötəbərliyi ilə bağlı konkret sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, qeyd edilən əvvəlki cədvəldə texniki səhvin olmasını sübut edəcək hər hansı əlavə sübutlar olduğu təqdirdə məhkəmə bunu nəzərə ala bilərdi. X9 ərizəsinə yalnız yeni tərtib edilmiş davamiyyət cədvəli əlavə etməsi və qeyd edilən cədvəlin həqiqəti əks etdirməsini təsdiq edəcək sübutlar əlavə etməməsi onun şikayətinin əsaslı olmasını sübut etmir. Belə olan halda X3 şikayətinin dəlilləri onun barəsində X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilməz. İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət rədd edilməli, X4 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar