Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-110/2024 08.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Adıgözəl qızının iştirakı ilə xx xxx 1990-cı ildə Lənkəran rayonu, Kirov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Adıgözəl qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 08 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən 2(014)-2839/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs Adıgözəl qızından maddi ziyana görə 1.000 (min) manat və öödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədinə dair hal-hazıradək borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(014)-2839/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra sənədi ilə əlaqadar icra işi əvvəllər onun deyil, digər icra məmuru Rasim Məmmədovun icraatında olmuşdur. İcra sənədi onun icraatına verildikdən sonra borclunu tapa bilmədiyi üçün onun Lənkəran rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə Lənkəran Rayon Məhkəməsinə tərəfindən təqdimat verilmişdir. Məhkəməyə təqdimat verildikdən sonra 24 yanvar 2024-cü il tarixdə borclu Şəxs icra şöbəsinə gəlmişdir və həmin gün şəxsən imza etdirilməklə icra sənədi üzrə “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlama haqqında” qərar ona təqdim edilmişdir. Qeyd edilən icra sənədi üzrə borcluya təqdim edilən tələbin könüllü icra müddəti 04 fevral 2024-cü il tarixdə bitmişdir. Buna baxmayaraq hal-hazıradək borclu tərəfindən icra sənədinin icrası ilə əlaqadar tələbkara heç bir vəsait ödənilməmişdir. Hazırda borclu tələbkara 200 manat ödəniş etməyi təklif etmişdir, tələbkar isə həmin vəsaiti qəbul etməmişdir və 1040 manatı tam şəkildə borcludantələb edir. Qətnamənin hissə-hisə icra edilməsi ilə əlaqadar heç bir qərar mövcud deyildir. İcra sənədinin icrası çərçivəsində borclunun əmlak vəziyyəti müəyyən edilmişdir və mülkiyyətində heç bir əmlakın olmadığı aşkar edilmişdir. Təqdimatla əlaqadar qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(014)-2839/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra sənədinə dair hal-hazıradək borclu Şəxs tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Hazırda icra sənədində qeyd vəsaiti, yəni 1040 manatı tam şəkildə borcludan tələb edir, həmin vəsaitin hissə-hissə ödənilməsinə razı deyildir. Borclu isə həmin vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmir. Qeyd edilənlərə əsasən, Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Adıgözəl qızı məhkəmə iclasında izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(014)- 2839/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar bildiriş ona 24 yanvar 2024-cü il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinə gəldikdə təqdim edilmişdir. Həmin tarixdən əvvəl onun icra sənədi barədə məlumatı olmamışdır. Ona bildiriş təqdim edilərkən icra məmuru və şöbənin ərisi tərəfindən ona icra sənədinin tam icrası üçün 10 gün müddət verildiyi və icra sənədini icra etmədiyi təqdirdə inzibati məsuliyyət daşıyacağı ona bildirilmişdir. Hazırda icra sənədi ilə əlaqadar tələbkara 200 manat təklif etmişdir, o, isə həmin məbləği qəbul etməyərək, məbləği tam şəkildə ondan tələb edir. Onun isə 1040 manatı bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Barəsində qərar qəbul edilərkən izahatında bildirdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, ona tələbin könüllü icrası haqqında bildiriş təqdim edildiyi təqdirdə həmin müddət ərzində tələbi icra etməyərək icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(014)- 2839/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs Adıgözəl qızından maddi ziyana görə 1.000 (min) manat və öödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Sözügedən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən xx.xx.2023-cü i tarixdə “icraat başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilmişdir. “Tələbin könüllü icrası haqqında” bildiriş xx.xx.2024-cü il tarixdə şəxsən imza etdirilməklə borclu Şəxs təqdim edilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında da həmin sənədi xx.xx.2024-cü il tarixdə qəbul etdiyini və icra sənədinin icra edilməməsinin hüquqi nəticələri barədə icra məmuru tərəfindən ona məlumat verildiyini bildirmişdir. Könüllü icra müddəti 04 fevral 2024-cü il tarixdə bitmişdir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, borcluya şəxsən təqdim edilmiş bildirişə əsasən tələbin könüllü icrası müddətinin bitməsinə baxmayaraq qeyd edilən icra sənədinə dair hal-hazıradək onun tərəfindən tələbkara ödəniş edilməmişdir. Tələbkar icra sənədində qeyd edilən vəsaiti tam olaraq borcludan tələb edir və tələbin hissə-hissə icra edilməsinə razı deyildir. Qətnamənin hissə-hissə icra edilməsi ilə əlaqadar məhkəmə qərarı mövcud deyildir. Göstərilənlərə əsasən Şəxs Adıgözəl qızı Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Adıgözəl qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-110/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-110/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver