Məhkəmə qərarları › İş №3(049)-111/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-111/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-111/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə xx xxxxxx 1991-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Liman şəhər H.Aslanov küçəsində ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 02 fevral 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, yeni Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində Lənkəran rayonu sakini X1 təsərrüfatına məxsus iki baş iri buynuzlu heyvan yaramal cıxarmış səhər saatlarında otlaq sahəsınə buraxmış axşam saatlarında malı axtarmağıüçun qedib. Lakin tapa bilmədiyindən axtarmağa məcbur olub təqribən 5-6 saat ərzində axtarmış təxmınən saat 21-00 radələrində otardıgı kənd sakinlərı tərəfindən zəng qəlib məlumat verdilərki ona məxsuz olan heyvan maşın tərəfindən vurulub o dərhal hadisə olan yerə qəlib və həqıqətən yolda olan malqara onundur 1 baş iki buynuzlı malın qazel markalı **-BB-*** nömrə nişanlı qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxarkən həmin avtomobill vurulmuşdur. Heyvan hadisə yerində ölmüşdür. İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatında bildirmişdi ki, xx.xx.2024-cü il tarixdə onun təsərrüfatına məxsus olan iki başlı iribuynuzlu qaramalı (camış) səhər saatlarında örüş sahəsinə buraxmışdır. Axşam saatlarında heyvanı axtarmaq üçün getmişdir. Lakin tapa bilmədiyindən məcbur olub 5-6 saat axtarmışdır. Təxminən saat 21 radələrrində kənd sakinləri ona məlumat vermişlər ki, heyvanı maşın tərəfindən vurulmuşdur. Hadisə yerinə gəlmiş və ona məxsus olan 1 baş iribuynuzlu malın **-BR-*** dövlət qeydiyyat nişanlı Qazel markalı avtomobil tərəfindən vurulduğunu görmüşdür. İş üzrə polis şöbəsində izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024cü il tarixdə saat 20-40 radələrində etibarnamə əsasında idara etdiyin Qazel markalı **- BR-*** nömrəli avtomaşınla Ələt-Astara şossesinin 181-ci kilometrliyində hərəkətdə olarkən iki baş iri buynuzlı malqara (camış) yolun hərəkət hissəsində dayanmışdır. Hərəkət hissəsində dayanan heyvanların rəngi qara olduğu üçün onlar yerdən seçilməmişlər və nəticə onlardan biri ilə toqquşmuşdur. Hadisə zamanı xəsərət almamasına baxmayaraq maşınına ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş “yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, 02 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qaz-330202 yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İş materiallarına əlavə edilmiş “Avtoservis ”T.X.S tərəfindən tərtib edilmiş Rəy-dən görünür ki, Qaz-330202 yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1735 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cu il tarixli əl yazmalı Qəbzdən görünur ki, Zərərçəkmiş şəxs avtomobilinə dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilmişdir və onun şikayət və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar