Məhkəmə qərarları › İş №3(049)-1118/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1118/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1118/2024 11.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Lənkəran rayonu, Səpnəkaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Səpnəkaran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanıması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs bir uşağa görə 80 manat olmaqla, 2 uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsinə dair Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-4888/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 11 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-4888/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə görə borclu Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat olmaqla, 2 uşağa görə cəmi 160 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Hazırki tarixdə borclu aliment borcundan 1000 manat ödəniş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki tarixdə ərizə ilə müraciət edərək borclunun ona 1000 manat ödəniş etdiyini, ondan şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, aliment borcunu ödəməkdən yayınmır. İşsiz olması ilə əlaqədar alimenti ödəyə bilməmişdir. Yaşadığı kənddə iki aya yaxındır ki, dönərçi işləyir. Artıq qazancı olduğundan həm aylıq aliment borcunu, həm də yığılmış aliment ödənişlərini vaxtında ödəyəcəkdir. Hazırki tarixdə borclu aliment borcundan 1000 manat ödəniş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki tarixdə 1000 manat ödəniş etdiyini, Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-4888/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs bir uşağa görə 80 manat olmaqla, 2 uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2017-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-4888/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-4888/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ona 1000 manat ödəniş edilmişdir. Şəxs şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələb üzrə hazırda 10000 manat aliment borcu vardır. Alimenti ödəyə bilməməsinin səbəbi işləməməsi ilə əlaqədardır. Hazırda tələb üzrə 1000 manat ödəniş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs tərəfindən ona 1000 manat ödəniş edildiyini, Şəxs şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin ərizəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından X6 barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar