Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1127/2024 13.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əzimov X2 Rayon Məhkəməsinin 2(049)-891/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə 13 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, işsiz olduğuna görə gecikmələr olub və 2024-cü ilin dekabr ayın 5-də tələbkara 100 manat göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclas zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, vaxtı-vaxtında aliment ödənişini etməməsinin səbəbi maddi vəziyyətinin pis olması olmuş, həmçinin ödənişləri etmək fikri var və 10 gün ərzində aliment borcunu ödəyəcəkdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar izahat verərək bildirmişdir ki, işləmir, gəlir yeri yoxdur, buna görə də, məcbur qaldığı üçün alimenti tələb edib. Borcludan alimenti tələb etdiyi zaman sonuncu ona ağır cavablar ünvanlayıb. Keçən il dekabr ayında güzəşt edib ki, borclu protokollaşdırılaraq məhkəməyə gətirilməsin və borclu evin satdıqdan sonra alimenti ödəməsə də, yenidən borcluya güzəştə gedmişdir. Ə.Əzim ona alimenti ödəyəcəyini bildirərək, ona xahişlər etməsi və vaxt istəməsinə görə borclunu bağışlayır və şikayətçi deyil. Borclu ona söz verib ki, 955 manat aliment olmaqla ödəyəcək, əlavə olaraq da onun yaşadığı evin kirayə pulu və alimentlə birlikdə 1400 manat ona borclu pul ödəyəcəkdir. Ona görə də, Şəxs barəsində olan inzibati işin icrasına xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs iclas zamanı ərizə təqdim etmişdir. Tələbkar Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədə görünür ki, onun borcluya şikayəti yoxdur, borclu barəsində cərimə tənbehi verilməsini və ya inzibati icraata xitam verilmsini xahiş edir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə izahat verərək bildirmişdir ki, 2(049)-891/2021 saylı, 7 aprel 2021-ci tarixli icra vərəqəsinə əsasən 05 avqust 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Şəxsdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə müəyyən edilmiş, borclu şəxsin borcu indiyədək 955 manat təşkil edir. Borcluya ödənməsi bildirilmiş, ödəməyib və vaxt verilməsi üçün xahiş etmiş, sonra da ödəməmişdir. Barəsində axtarış verilmiş və polis tərəfindən ona izah olunaraq şəxs icra şöbəsinə göndərilmişdir. Protokolu müdafiə edir, tələbkarın şikayəti olmadığından və işə xitam verilməsini xahiş etdiyindən cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(022)-99/2013 saylı qətnaməsi ilə cavabdeh Şəxs 05 avqust 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 05 avqust 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs borclunun axtarışa verilməsi haqqında ərizə verərək axtarış verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə icra məmuru Elşad Əhmədov tərəfindən axtarış verilmiş və xx.xx.2022-ci il tarixdə Lənkəran icra və probasiya şöbəsinin rəisi Davud Ağayev tərəfindən xx.xx.2022-ci il tarixli axtarışla bağlı Şəxs təhvil verildiyindən axtarış işinə xitam verilməsi xahiş edilmişdir. 25 dekabr 2023-cü il tarixdə Ə.Əzimin İcra və Probasiya şöbəsinə verdiyi izahatda görünür ki, alimentlə bağlı öhdəliyini yetirməməsi barədə tətbiq olunacaq icra tədbirləri barədə xəbərdar edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə verərək göstərmişdir ki, Ə.Əzimin ona 1040 manat aliment borcu vardır və borcun tam şəkildə ödənməsi, icranın sürətləndirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə icra məmuru Əhmədov Elşad tərəfindən axtarış verilmiş və xx.xx.2024-cü il tarixdə Lənkəran icra və probasiya şöbəsinin rəisi Davud Ağayev tərəfindən xx.xx.2024-cü il tarixli axtarışla bağlı Şəxs təhvil verildiyindən axtarış işinə xitam verilməsi xahiş edilmişdir. Ə.Əzim xx.xx.2024-cü il tarixdə iltizam verərək göstərmişdir ki, iltizama vermə səbəbi xx.xx.2024-cü il tarixdə icra şöbəsində olacaqdır. İş materiallarındakı Ə.Əzimin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, onun 3 uşaqı vardır, əvvəl işləsədə izahatı verdiyi vaxt işləmir, icra tələblərinə əsasən onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması, İXM 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması tətbiq oluna bilər və bu barədə xəbərdar oluna bilər. Həmin xx.xx.2024-cü il tarixli izahatda görünür ki, 4730 manat həmin vaxtadək ödəmiş və 730 manat borcu qalmış, həmçinin icra sənəndi barədə xəbərdardı, işsiz olduğu üçün tam şəkildə icra etməmiş, icra etməmə səbəbi işsiz olmuş, adına rəsmiləşdirilmiş danışar və ya danışmaz əmlakı yoxdur və aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. CMS-"AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən verilmiş 51677/832A779D-C675-47B5-91A9-DD26FEAAB063 sıra nömrəli, Lənkəran Rayon Məhkəməsinin sorğusundan çıxarışda və izahatında görünür ki, Şəxs əmlakı, avtomobili yoxdur və pensiya, sosial ödəniş almır. Qiymətli kağız məlumatları yoxdur, ünvanlı yardım almır, işləmir. Adına olan ********** nömrəli fəaliyyətini müvəqqəti dayandırılmışdır. Adına olan ********** kodlu mağazanın, ********** kodlu telefon mağazasının fəaliyyəti dayanmış, ********** kodlu otelin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, barəsində 2 dəfə axtarış verilsə də, o icra məmurunun çağırışlarına dəfələrlə gəlmiş, məhkəmənin icra sənədi üzrə yaranmış aliment borcunu böyük hissəsini ödəmişdir, yəni onun icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlərlə, məhkəmə iclasında tələbkarın izahatı və tələbkarın məhkəmə iclası zamaı təqdim etdiyi ərizə ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1127/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1127/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver