Məhkəmə qərarları › İş №3(049)-1129/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1129/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1129/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X1, Şikayət verən şəxs: Ragim Kərimovun iştirakı ilə, Ragim Kərimovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: Ragim Kərimov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Ragim Kərimov bildirdi ki, şikayəti İX tağım yol patrul xidmətinin xx.xx.2024-cü il tarixli qərarından olduğu halda səhvən Lənkəran ŞRPŞ-nin qərarından vermişdir. Şikayət ərizəsini yenidən tərtib edilməsi üçün geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, Ragim Kərimov şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, Ragim Kərimovun şikayəti geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: Ragim Kərimovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar