Məhkəmə qərarları › İş №3(049)-1131/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1131/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1131/2024 27.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, Şikayət vermiş şəxs: X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 izahatında şikayətində göstərdiklərini təsdiq edərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi 23 dekabr 2024-cü il tarixdə qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə poçt vasitəsi ilə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 61.3-cü maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, İXM-nin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə qərarından şikayət verilən orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şikayətə əlavə edilmiş və məhkəmədə elan olunmaqla araşdırılmış 23 noyabr 2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 “Qızılağac” Milli Parkının kişik Qızılağac körfəzində qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılmışdır. Bununla da İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli, 87213 saylı akt, ərazidə çəkilmiş video və fotolarla təsdi edilmişdir. X1 imza etməmişdir. Şikayətə əlavə edilmiş və məhkəmədə elan olunmaqla araşdırılmış 10 dekabr 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “Qızılağac” Milli Parkının kişik Qızılağac körfəzində qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanıldığına görə İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmədə elan olunmaqla araşdırılmış 30 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi rəyindən görünür ki, X7kunun sağ gözünün görmə dərəcəsi 0, sol gözünün isə 0.2k/e müəyyən edilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. «Balıqçılıq haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir. Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 barəsində 23 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötür ki, o, “Qızılağac” Milli Parkının kişik Qızılağac körfəzində qanunsuz balıq ovu ilə məşğul olmuşdur. Həmin protokolda bu faktın xx.xx.2024-cü il tarixli, 87213 saylı akt, ərazidə çəkilmiş video və fotolarla təsdiq edildiyi göstərilsə də, məhkəməyə hər hansı foto, video, sənəd, şəxsin balıq ovlama biletinin olub-olmaması haqqında məlumat, şahid ifadəsi, akt və s bu kimi hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən protokol tərtib edən orqana inzibati xəta hadisəsi haqqında sübutları təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı protokol tərtib edən şəxs də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında sübutların məhkəməyə təqdim edilməməsi, habelə şikayət verən şəxs tərəfindən belə bir sübutların olmadığı bildirildiyindən inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar