Məhkəmə qərarları › İş №3(049)-1134/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1134/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1134/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, X2 X7 Xidmətinin inspektoru polis leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətini və iş materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 Yol Patrul Xidmətinin inspektoru polis leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 469.3 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə 100 manat miqdarında inzibati cərimə edilmişdir. X5 qeyd olunan inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv olunaraq baş vermiş yol nəqliyyat qəzasının yenidən araşdırılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 hazırki şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin məzmunundan da göründüyü kimi, X2 hazırda mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, qərardan şikayət vermə müddəti, onun rəsmi qaydada verildiyi vaxtdan etibarən 20 gün müəyyən edilmişdir. X5 isə qeyd olunan qərardan xx.xx.2024-cü il tarixdə, yəni qərarın qəbul edildiyi vaxtdan 4 aydan da artıq müddət keçəndən sonra şikayət vermişdir. Eyni zamanda, X5 hazırki şikayət ərizəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ona nə vaxt rəsmi qaydada verildiyini qeyd etməmiş, qərarı gec əldə etmişdirsə və ya qərardan şikayət vermə müddətini üzürlü səbəblərdən ötürmüşdürsə, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair müvafiq orqana vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan hüquq normalarının məzmununda görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldıqda, həmin müddətin bərpa edilməsi məsələsinə qeyd olunan qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən baxılır. İş materiallarından görünür ki, X5 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, eyni zamanda, şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə qeyd olunan qərarı qəbul etmiş səlahiyyətli orqana müraciət etmiş olduğunu təsdiq edən sənədi, həmin orqanın müvafiq qərarını işə əlavə etməmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilmədiyindən hazırki şikayət geri qaytarılmalı, X3 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130, 134cü maddələrini rəhbər tutaraq, qəraraaldım: X2 X7 Xidmətinin inspektoru polis leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar