Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1136/2024 28.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, protokol tərtib edən orqan - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi, protokolu tərtib edən şəxs Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıqabul Quşçuluq Şirkəti MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıqabul Quşçuluq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul Quşçuluq Şirkəti MMC vəsatətlə müraciət edərək inzibati xətalar haqqında işin aidiyyəti üzrə hüquqi şəxsin (sonuncunun) yerləşdiyi yer üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, protokolu tərtib edən şəxs Nümayəndə etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə göndərilmədən Lənkəran Rayon Məhkəməsində baxılsın. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli qərarından görünür ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Göründüyü kimi, törədilmiş inzibati xəta uzanan inzibati xətaların təsnifatına aiddir və tərtib edilmiş protokolun Lənkəran rayon məhkəməsinə göndərilməsi düzgündür. Həmçinin nəzəri baxımdan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, protokol tərtib edilərkən həmin protokola yaşadığı yer üzrə baxılması barədə vəsatət verə bilərdi. Lakin nəzərə alınmalıdır ki, Hacıqabul Quşçuluq Şirkəti MMC hüquqi şəxsdir və öz hüquqlarını daha etibarlı və səmərəli şəkildə yerləşdiyi ərazidə nümayəndələri vasitəsi ilə müdafiə edə bilər. Bu səbəblərdən vəsatətin təmin edilməsi işin tam, obyetiv və hərtərəfli araşdırılması üçün məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-1136/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1136/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver