Məhkəmə qərarları › İş №3(049)-1138/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1138/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1138/2024 20.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1982-cü il tarixdə Lənkəran rayonu Türkəncil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, Lənkəran rayonu, Tükəvilə kəndində, polisin qanuni tələbinə qəsdən tabe olmadığına və ictimai qaydanı pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 20 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, Rəhman Cahangirov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Lənkəran rayonu, Tükəvilə kənd sakini Şəxs xx.xx.2024-ci il tarixdə DİN-in 102 qaynar xəttinə zəng edərək dövlət əleyhinə nalayiq sözlər işlətmişdir. Daha sonra o, xidməti vəzifəsini yerinə yetirərkən Tükəvilə kəndi ərazisində ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydaları pozmaqla Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, usta işləyir və əvvəllər bu maddə ilə məhkəməyə gətirilməmişdir. xx.xx.2024-cü il tarixdə gecə möhkəm sərxoş olduğu üçün baş verənləri tam xatırlamır. O, 102 xidmətinə zəng edərək ünvansız söyüşlər söydüyünü etiraf etdi. Lakin polis əməkdaşları evə gələn vaxt evdə deyil, qonşuda olduğunu, evə qayıtdıqdan sonra polislərə yaxınlaşarkən onlara qarşı tabesizlik göstərmədiyini, əksinə, özü könüllü şəkildə polis maşınına oturub onlarla şöbəyə getdiyini bildirdi. Saxlanılarkən şöbədə ona qarşı hər hansı fiziki zorakılıq göstərilməmişdir. Əməlindən peşmandır və bir daha belə əməllər yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısıdır. Şəxs atasının döyülməsi ilə bağlı təhqiqat aparmış, əməldə cinayətin tərkibi olmadığına gösə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Nail hadisə günü ona zəng edib həmin qərarın ona təqdim olunmasını tələb etmişdir. Bundan sonra DİN-nin 102 Xidmətinə zəng edib orada işləyən əməkdaşları təhqir edib söymüşdür. Buna görə də, ondan izahat almaq məqsədilə onun yaşadığı kəndə getmişlər. Kənddə olduqları zaman Nailin sərxoş olduğunu görmüşlər. Onlar onu polis şöbəsinə aparmaq məqsədilə avtomobilə əyləşməsini xahiş etmişlər, o da onların tələbinə tabe olaraq həmin avtomobilə əyləşmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Lənkəran ŞRPŞ-nin sürücü vəzifəsində işləyir. Nail ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-ci tarixdə, xidməti olarkən Şəxs DİN-in 102 qaynar xəttinə zəng edərək nalayq hərəkətlər etdiyi, dəfələrlə ona xəbərdarlıq olunmasına baxmayaraq hərəkətlərinə davam etdirməsi məlumatı daxil olduğu üçün, onlar həmin şəxsin yaşadığı ünvana getmişlər. Əvvəlcə Nail evdə olmamış, lakin sonradan sərxoş vəziyyətdə küçədə onlara yaxınlaşmışdır. Polis əməkdaşlarının tələblərinə tabe olmayaraq polis maşınına oturmaq istəməmiş, lakin onlar onu , maşına oturaraq şöbəyə getmişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 001826 nömrəli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkogol qəbulu əlamətləri vardır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə, saat 01.30-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şəxs heç bir əlilik statusu müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Tükəvilə kənd sakini Şəxs xx.xx.2024-ci il tarixdə, sərxoş halda DİN 102 qaynar xəttinə zəng edərək polis əməkdaşlarını təhqir etməklə inzibati xətaya yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olsa da, həmin Məcəllənin 535.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə iclasında bilavasitə hadisəni görmüş şahidlərdən X1 Nail İmran oğlunun polisin qanuni tələblərinə tabe olmadan avtomobilə əyləşmək istəmədiyini göstərsə də, digər şahid X7 isə Şəxs polisin tələblərinə əsasən avtomobilə əyləşdiyini bildirmişdir. Göründüyü kimi, şahid izahatları arasında ziddiyət vardır. Bu ziddiyət də Şəxs xeyrinə həll olunmalıdır. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, Şəxs qəsdən və ya ehtiyatsızlıqdan İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquqazidd əməl etdiyi sübuta yetirilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun həmin maddə ilə təqsirli bilinməsi hissəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Buna görədə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 07 (yeddi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 dekabr 2024-cü il tarixdən, saat 01:30-dan hesablansın. Həbsin sonu 25 dekabr 2024-cü il tarix, saat 01:30-dan hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar