Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1144/2024 26.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 26 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 16(006)-274/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs5 ödənilməlidir. Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3027/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat aliment cəmi 470 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs5 ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1829/2024 və 2(049)-1829/2024 saylı, Lənkəran 1 saylı notariat ofisinin 8İ-19086 və 8J-2211saylı xx.xx.2024-cü il tarixli, N\simi Rayon Məhkəməsinin 16(006)-274/2024 və 2(006)-3027/2024 saylı icra sənədlərinə əsasən, borclu Şəxs tələbkarlara ümumilikdə 6948 manat məbləğində bocu yaranmışdır. Borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədlər şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər tərtib edilərək, borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Borclunun barəsində tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmənin xx.xx.2024cü il tarixli qərarı ilə həin protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Şəxs şöbəyə dəvət edilərək, icra sənədlərinin icrası ilə əlaqadar onun izahatı alınmış, o, icra sənədləri barədə məlumatlı olduğunu bildirərək, izahatında həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazıradək borclu qeyd edilən 5 ədəd icra sənədinə əsasən, tələbkarlara heç bir ödəniş etməmişdir. Alimentin ödənilməsi ilə əlaqadar icra sənədinə əsasən, borclu Zərərçəkmiş şəxs5 2.970 manat borcu qalmışdır. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş 5 ədəd icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən 2024-cü ilin avqust ayında məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkarlara ödəniş edə bilməmişdir. Həmin icra sənədlərinə əsasən, təkcə tələbkar Unibanka 75 manat məbləğində ödəniş etmişdir. İşləmədiyindən və heç yerdən gəliri olmadığından aliment öhdəliyini və digər borclarını ödəyə bilməmişdir. Borcları hissə-hissə ödəməyə razıdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 16(006)-274/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs5 ödənilməlidir. Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)- 3027/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq 2 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat aliment cəmi 470 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs5 ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1829/2024 və 2(049)-1829/2024 saylı, Lənkəran 1 saylı notariat ofisinin 8İ-19086 və 8J-2211saylı xx.xx.2024-cü il tarixli, N\simi Rayon Məhkəməsinin 16(006)-274/2024 və 2(006)-3027/2024 saylı icra sənədlərinə əsasən, borclu Şəxs tələbkarlara pul vəsaitinin ödənilməli olduğu qeyd edilmişdir. Borclunun tələbkarlara ümumilikdə 6.948 manat məbləğində, alimentin ödənilməsi barədə icra sənədinə əsasən 2.970 manat bocu yaranmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1040/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkarlara 6948.8 manat aliment və digər borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 26 dekabr 2024-cü il saat 14:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1144/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1144/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver