Məhkəmə qərarları › İş №3(049)-1145/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1145/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1145/2024 27.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxx 1977-ci ildə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-8552/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 273,2 manat aliment ödənilməlidir. Hazırda borclunun tələbkara ümumilikdə 18.778,2 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Hazırki iş üzrə tərəfindən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borclu Şəxs tərəfindən tələbkara aliment borcundan 500 manat məbləğində vəsait ödənilmişdir. Borclu tələbkara olan aliment borcunu hissə-hissə ödəyəcəyi barədə sonuncu ilə razılığa gəlmişdir. Tələbkar Zərərçəkmiş şəxs bu barədə onun mobil nömrəsinə Vhatsapp ani mesajlaşma sistemi vasitəsilə ərizə göndərmiş və bu barədə ona telefon danışığında bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizəsini sübut kimi məhkəməyə təqdim edir. Qeyd edilən səbəblərdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs dindirilərkən izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən onun tələbkar Qənirə Mizəyevaya aliment öhdəliyi üzrə qalan borcundan bu gün 500 manat ödəmişdir. Həmçinin hazırda tələbkarla razılığa gəlmişdir ki, ona olan aliment borcunu hissə-hissə tam şəkildə ödəyəcək. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialına əlavə edilmiş (icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş) tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtibedilmişdir. Aralarında razılıq əldə edildiyindən işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin həmin məcəllənin 528-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə hazırkı iş üzrə borclunun tələbkarla aralarında razılıq əldə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar