Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-116/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1968-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-cu qrup əlilliyi olan, Lənkəran rayonu Şiləvar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 tərəfindən təqdim olunmuş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 09 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 29 sentyabr 2022-ci ildə Lənkəran rayonu Şiləvar kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs taxta parçası ilə vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. X2 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə onlar qonşudurlar, əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan onun tikdiyi toyuq hininə görə Təranə ilə aralarında mübahisə yaranmağa başlamışdır. Təranə ona qarşı sözügedən tikilinin sökülməsi ilə əlaqədar məhkəməyə mülki iddia qaydasında müraciət etmişdir. 29 sentyabr 2022-ci il tarixdə onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, nərdivanla tikdirdiyi hinin üstünə çıxaraq, Təranə ilə mübahisəni davam etdirərək, Təranənin ona atdığı predmetləri geriyə Təranəyə qarşı atmışdır. Atdığı predmetlərin içində daş və dəmir parçaları olmuşdur, həmin vaxt həyəcanlı olduğundan predmetlərin arasında taxta parçasının olduğunu dəqiq xatırlamır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun qonşusudur. Mayisə onların ümumi istifadələrində olan su kanalının üstünü betonlayaraq onun üzərində özünə toyuq hini tikmişdir, mübahisələri də həmin tikiliyə görə başlamışdır. 29 sentyabr 2022-ci il tarixdə qonşusu Şəxs tikdirdiyi hinin üstünə çıxaraq onunla mübahsə etməyə başlamışdır. Mübahisə zamanı Mayisə ona qarşı müəyyən predmetlər atmağa başlamışdır. Mayisənin atdığı taxta parçası onun boyun nahiyəsinə dəymuşdir, aldığı xəsarətdən onun halı pisləşmişdir və ona kömək göstərməsi üçün həyat yoldaşına zəng etmişdir. Həyat yoldaşı gəldikdən sonra həkimə müraciət etmişlər, xəstəxanada rentgen olunaraq, boyun nahiyəsində xəsarət aşkar edilmişdir. Şəxs qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 30 sentyabr 2022-ci il tarixli 995 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs “bədəni üzərində – sağ kürəküstü nahiyəsində qançır, boyun nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə Şəxs yaşını, qadın və 2-ci qrup əlil olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-116/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-116/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver