Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1166/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Lənkəran Şəhər-Rayon X2 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində ictimai yerdə uca səslə, ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Lənkəran şəhər-rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərkən həmin məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədildiyi qeyd edilən xətanın mahiyyəti (polis əməkdaşlarının qanuni tələbinin nədən ibarət olması) göstərilməmişdir. İnzibati xəta hadisəsinin törədilməsində Şəxs qəsdinin nədən ibarət olması da hazırki inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Qeyd olunan xüsusatların araşdırılması Şəxs əməlində inzibati xəta tərkibinin (və ya məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin) olmasını istisna edə biləcəyi ehtimalını yaradır və bu hazırki işin nəticəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlələ ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Həmin məcəllənin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Bundan əlavə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədildiyi halda, bu faktı təsdiq edən hər hansı sənəd və ya digər sübut iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokolu tərtib edən şəxs yalnız Şəxs izahat almaqla kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan, xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama ilə ifadə olunan inzibati xəta hadisələri baş verdiyi halda, həmin inzibati xəta hadisələrinin baş verdiyi anda orada olmuş, yəni hadisənin bilavasitə şahidi ola biləcək digər şəxslər müəyyən edilərək həmin şəxslərin izahatları alınmamışdır. Həmçinin, şahidlərin yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda qeyd edilməmişdir. Hazırki protokolda göstərilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində qeyd edilən inzibati xətalara görə inzibati həbs nəzərdə tutulduğundan işə dərhal və təxirə salınmadan baxılmalı olduğuna görə protokolda adları şahid olaraq qeyd edilmiş həmin şəxsləri müəyyən edib məhkəmə iclasına dəvət etmək mümkünsüz qədər çətindir. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş və o, həmin vaxtdan dərhal sonra polis əməkdaşları tərəfindən polis şəbəsinə gətirilmişdir. Ancaq Şəxs barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolunda onun həmin gün saat 19:30-da inzibati qaydada tutulduğu qeyd edilmiş, bununla da qeyd edilən müddətlər arasında ziddiyyət yaranmışdır. Bu baxımdan hazırki protokola mahiyyəti üzrə baxılacağı təqdirdə (xüsusilə də, ona istinad edilən maddələrdə inzibati həbs nəzərdə tutulduğundan) həmin şəxsin inzibati qaydada tutulmaqla polis şöbəsində saxlanıldığı müddəti dəqiq müəyyən etmək mümkün olmayacaqdır. Həmçinin, inzibati qaydada tutma protokolunun nömrəsi müvafiq sıra sayı ilə göstərməli olduğu halda, müəyyən tarixi ifadə edən “xx.xx.2022-ci il” kimi qeyd edilmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Lənkəran Şəhər-Rayon X2 təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1166/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1166/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver