Məhkəmə qərarları › İş №3(049)-1167/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1167/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1167/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, X1 küçəsi, ev 1/7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri, “Mərkəzi bazar” ərazisində yerləşən “Kristal Qold” qızıl-zinət əşyaları mağazasında Zərərçəkmiş şəxs qolundan tutub dükandan çıxararaq sonuncuya dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs mərhum qardaşına məxsus olmuş Lənkəran şəhəri, “Mərkəzi bazar” ərazisində yerləşən “Kristal Qold” qızıl-zinət əşyaları mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində onun işlədiyi dükana gələrək, ondan qızıl-zinət əşyası istəmiş, Zərərçəkmiş şəxs alacağı həmin zinət əşyasının pulunun bir hissəsinin onun tərəfindən ödənilməli olduğunu bildirdikdə, o bundan imtina etmiş, bu zaman aralarında mübahisə yaşanmış, Zərərçəkmiş şəxs onun üzərinə hücum etdiyi üçün o, özünü müdafiə etmək məqsədi ilə onu özündən uzaqlaşdırmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Bütün bunların nəzərə alınıb barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində mərhum qardaşı Murad Nəhmətova məxsus olmuş Lənkəran şəhəri, “Mərkəzi bazar” ərazisində yerləşən “Kristal Qold” qızıl-zinət əşyaları mağazasına getmiş, mağazada işləyən digər işçilərlə salamlaşmış, həmin mağazada satıcı işləyən Şəxs onun sağ qolundan tutub sıxaraq mağazadan qovmuşdur. Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, hazırda o, Şəxs ilə barışmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatına uyğun məzmunlu izahat verdi. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayonlararası Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 397 saylı xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs barışmaları barədə ərizələrini məhkəməyə təqdim etmişlər. İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar