Məhkəmə qərarları › İş №3(049)-117/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-117/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-117/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən – Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Lənkəran Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Masallı rayonu Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı rayonu Təklə ərazi dairəsi Xoşçobanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 18 – 19 yanvar 2023cü il tarixləri üzrə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 tərəfindən tərtib olunmuş 18 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 18 yanvar 2023-cü ildə saat 14:30-də Lənkəran şəhəri Nizami küçəsində ictimai yerdə polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq inzabati xəta törətmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində barəsində inzibati xəta haqqında işə baxılaraq barəsində inzibati cərimə cəzası təyin edilmişdir. Məhkəmənin inzibati binasından çıxdıqdan sonra polisin xidməti avtomaşınına əyləşərək, polislərlə birlikdə polis şöbəsinə getmişdir. Bundan sonra o, polis şöbəsində saxlanılmışdır və növbəti gün polis tərəfindən məhkəməyə gətirilmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 izahatında bildirdi ki, sözügedən inzibati xəta haqqında iş üzrə məhkəmə baxışında izahat vermiş polis əməkdaşlarının izahatlarında ziddiyyətli, bir-birinə uyğun gəlməyən məqamlar olduğundan müəyyən edilir ki, Şəxs protokolda qeyd edilən inzibati xətanı törətməmişdir. Protokolun təmin edilməyərək, sözügedən icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin polis nəfəri vəzifəsində işləyir, 18 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən Şəxs barəsində Lənkəran Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxıldıqdan sonra o, məhkəmədən çıxdıqdan sonra Lənkəran şəhəri Nizami küçəsində onu və digər polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Şəxs polisin xidməti avtomaşını ilə onun və digər polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən yolda və polis şöbəsində Şəxs tərəfindən polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadələr işlədilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin polis nəfəri vəzifəsində işləyir, 18 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən məhkəmənin inzibati binasında aşağı mərtəbəyə düşərkən Şəxs onu nalayiq söyüşlərlə təhqir edərək, bildirmişdir ki, “ona nə edə bildi ki, ?”. Bundan sonra Elnur polis əməkdaşları tərəfindən polisin xidməti avtomaşınınla onun və digər polis əməkdaşlarının müşayiəti ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən yolda bütün yol boyu Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələrini davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şəxslərin, həmçinin şahidlərin izahatları arasında belə ziddiyyət mövcuddur. O cümlədən, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Rüstəm Vahidov tərəfindən 18 yanvar 2023-cü ildə tərtib olunmuş raportda Şəxs “Polis əməkdaşlarına yaxınlaşaraq, üzərlərinə qışqıraraq, nalayiq küçə söyüşləri işlətməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərdiyi” qeyd olunduğuna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polis əməkdaşının (əməkdaşlarının) konkret olaraq hansı qanuni tələbinə qəsdən tabe olmadığı və nə kimi müqavimət göstərdiyi qeyd olunmamışdır. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Göstərilənlərlə yanaşı məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı müvafiq tələbləri irəli sürən polis əməkdaşı (əməkdaşları) hadisənin baş verdiyi şəraitdə və Şəxs münasibətdə ictimai qaydanı mühafizə etmək vəzifələrini icra etməyib (etməyiblər). Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin də obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar