Məhkəmə qərarları › İş №3(049)-1175/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1175/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1175/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran regional şöbəsinin nümayəndəsi X1 və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etməməsi aşkar edildiyindən X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli 3(049)-495/2022 saylı qərarı ilə (hakim M.İsayev) Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati material yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və məhkəmə İXM-nin 111.1-ci maddəsinin tələblərini əldə rəhbər tutaraq məhkəmə iclasını 15 gün müddəti çərçivəsində, xx.xx.2023-cü il tarixə təyin etmişdir. Belə ki, İXM-nin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-nin direktorudur. O, işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etmədiyi üçün, Şəxs MMC-nin vəzifəli şəxsi kimi barəsində 19 may 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında Protokola tərtib edilmiş və onun əsasında qəbul edilmiş 19 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 1500 manat məbləğində cərimə edilmişdir. O, həmin əməli Qanunları bilmədiyindən törətmiş və ona tətbiq edilmiş 1500 manat cərimə məbləğini tam olaraq ödəmişdir. Lakin bir əmələ görə X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi onu 2 dəfə cəzalandırmaq istəyir. Belə ki, hüquqi şəxs kimi onlar Şəxs MMC-yə qarşı inzibati tənbehin tətbiqini xahiş etsələr də, həmin inzibati tənbeh tətbiq edildiyi halda, Şəxs MMC-yə tətbiq olunacaq cərimə yenə də ondan tutulacaqdır. Bunda görə də Şəxs MMC barəsində İXM-nin 469.2-ci maddəsi ilə bağlanılmış inzibati xəta haqqıda icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib etmiş vəzifəli şəxs X3 Xidmətinin Lənkəran regional şöbəsinin nümayəndəsi X1 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun çıxış edərək, Şəxs MMC-nin İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində qanunla müəyyən edilmiş məbləğdə cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan pozuntunun aradan qaldırılmasına baxmayaraq, həmin pozuntu inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aradan qaldırılmışdır. Pozuntunun aradan qaldırılması hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsinə səbəb olmur. Əlavə olaraq yazılı surətdə məhkəməyə məlumat verərək, orada qeyd etmişdir ki, Şöbələrində qeyri-dövlət sektoruna aid işəgötürənlərin siyahısı hazırlanmış və daha çox işçisi olan 26 işəgötürən müəyyən edilərək onlar tərəfindən işçiləri icbari sığorta edib etməmələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılmışdır. Araşdırma nəticəsində Şəxs MMC tərəfindən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalarını təmin etməməsi halı aşkar edildiyindən Şöbələrinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli xəbərnaməli məktubu ilə Şəxs MMC-yə rəsmi müraciət edilərək əməlində inzibati xəta əlamətlərinin olmaması barədə sübutların, izahat və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Şəxs MMC-nin direktoru X8 şöbəyə gələrək yazdığı izahatında qanunu bilmədiyindən işçiləri sığorta etmədiyini etiraf etmişdir. Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalarını təmin etmədiyinə görə İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 19 may 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq, həmin tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardadla Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxan hakim Azərbaycan Respublikasının İXM-nin 53.0 və 53.0.1.-ci maddələrinə istinad edərək güya bu zaman inzibati xəta hadisəsi olmamasını əsas gətirərək Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Halbuki, Şəxs MMC barəsində 19 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildikdən və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 19 may 2022-ci il tarixli MN ******* nömrəli Qərardad Lənkəran Rayon Məhkəməsinə göndərildikdən 16 gün sonra hakim ZAHRA LABCENTER” MMC işçilərini 04 iyun 2022-ci il tarixində sığorta etdiyini əsas gətirərək icraata əsassız xitam vermişdir. Onların Lənkəran Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətini qismən təmin edən Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(106)- 151/2023 nömrəli Qərarı ilə işə yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Qərarda göstərilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin qərarında olan ziddiyətli məqamlar araşdırılıb müvafiq hüquqi qiymət verilməsi üçün iş yenidən Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. X5 Xidmətinin Lənkəran regional şöbəsində Şəxs MMC-nin vəzifəli şəxsi kimi X8 barəsində tərtib edilmiş 19 may 2022-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən qəbul edilmiş 19 may 2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla Ona 1500 manat cərimə tətbiq edilmiş və cərimə məbləği tam ödəmişdir. Aparılan araşdırmalar nəticəsində Şəxs MMC rəhbəri olan X2 təqsiri sübuta yetirildiyindən, onun rəhbərlik etdiyi hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsiri sübuta yetirilmiş hesab olunur və buna görə də sonuncu barəsində 5000 manat məbləğində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: X5 Xidmətinin Lənkəran Regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən Şəxs MMC-nin direktoru X4 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron infarmasiya sistemləri ilə Əmək müqaviləsi bildirişi altsisteminin müqayisəli təhlilləri nəticəsindən görünür ki, Şəxs MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətnin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Bununla bağlı Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə saat 13:30-da X5 Xidmətinin Lənkəran Regional şöbəsinə dəvət edilmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" ASC ilə Şəxs MMC arasında bağlanmış müqavilədən görünür ki, Şəxs MMC-nin işçiləri istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Məhkəmə inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran regional şöbəsinin nümayəndəsi X1 və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, əslində inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X5 Xidmətinin Lənkəran regional şöbəsinə qaytarılmalı olsa da, məhkəmə hesab edir ki, iş üzrə icraata, müddətin keçməsi ilə bağlı xitam verilməlidir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını ləğv edərkən, birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə riayət edilmədiyinə işarə edərək həmin maddədə göstərilmiş halların araşdırılması üçün inzibati materialı məhkəməyə qaytardığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1 -ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olumuş səndlərdən görünür ki, “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərdən biri də Şəxs MMC-dir. X7 Xidmətinin regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 19 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xətalar haqqında qanunvericiliyə uyğun olmamış, onlar tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmamış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edirki, həmin normanın tələblərinə cavab verilməsi üçün protokolun geri qaytarılmasına zərurət qalmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən hazırki inzibati xəta ilə əlaqədar inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, hazırki inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın aşkar olunduğu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək verilə bilərdi. Lakin, qeyd olunan inzibati material Şirvan Apellyasiya Məhkəməsindən Lənkəran Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixə inzibati xətanın aşkar olunduğu gündən bil il keçmiş olur. Göründüyü kimi, hazırda Şəxs MMC-ə müddəti keçməsi ilə əlaqədar inzibati tənbeh verilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən isə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsi X2 bir əmələ görə X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin onu 2 dəfə cəzalandırmaq istədiyinə dair göstərdiyinə qiymət verərək qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.20213-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, bir əmələ görə həm vəzifəli, həm də hüquqi şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar