Məhkəmə qərarları › İş №3(049)-1176/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1176/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1176/2023 02.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 iştirakı ilə 07 avqust 1972-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 2-cu qrup əlilliyi olan, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 tərəfindən təqdim olunmuş 02 iyun 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytanentı Emil Baxışovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 02 aprel 2023-cü il tarixdə saat 23:24 radələrində Lənkəran rayonu İstisu qəsəbəsi sakini Zərərçəkmiş şəxs vurmaqla ona dərəcəsi təyin edilməyən və sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki, 02 aprel 2023-cü il tarixində saat 23 radələrində aralarında məişət zəmnində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qol nahiyəsindən möhkəm yumruq zərbəsi ilə vurmuşdur. Bunun nəticəsində zərərçəkmişin qolunda kiçik zədə yarana bilərdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 02 aprel 2023-cü il tarixdə Şəxs ilə aralarında məişət zəmnində münaqişə baş vermişdir. Yaranmış münaqişə zəmnində Şəxs əli ilə onun qoluna və başına zərbələr vurmuşdur. Həmin zərbələrdən o, xəsarət almışdır. Etdiyi əmələ görə Şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. 13 aprel 2023-cü il tarixli 360 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs “bədəni üzərində – sol said nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5 - 7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, özünün və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs 2-ci qrup əlil kimi sosial müavinat alır. Məhkəmə Şəxs 2-ci qrup əlil olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-984/2022 saylı inzibati xəta haqqında iş üzrə 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Məhkəmə Şəxs inzibati xətaya görə inzibati tənbeh aldıqdan sonra eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar