Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-118/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşamış (FİN:20C620) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Şəhər Rayon X2 Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il il tarixdə ölmüşdür. Məhkəmə, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqinda iş üzrə icraat aparilan şəxs öldüyündən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53.1.8, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-118/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-118/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver