Məhkəmə qərarları › İş №3(049)-1182/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1182/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1182/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonunun Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Tükəvilə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhəri şəhəri, Həzi Aslanov adına parkda Lənkəran rayonu Zövlə kənd sakini Zərərçəkmiş şəxs ünvanına uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətdiyinə görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 07 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhəri şəhəri, Həzi Aslanov parkında Lənkəran rayonu Zövlə kənd sakini Zərərçəkmiş şəxs görüb, ona yaxınlaşmış və telefona görə aralarında mübahisə olmuşdur. O əsəbləşib Zərərçəkmiş şəxs ünvanına ictimai yerdə uca səslə ucadan qeyri etik nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Bundan sonra ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməyəcək. Əlilliyi yoxdur. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs mobil telefon ustası kimi tanıyır. Əvvəllər telefonunu düzəltməsi üçün Şəxs vermiş, lakin sonuncu onun telefonunu yaxşı düzəltməmişdir. O da çoxdandır, Şəxs axtarırdı. xx.xx.2023-cü ildə Lənkəran şəhəri, Həzi Aslanov parkında Şəxs ilə rastlaşmışdır. Orxana yaxınlaşıb, nə üçün onu aldatdığı soruşmuşdur. Orxan camaatın içində onu söyüb və təhqir etmişdir. Orxanın barəsində həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 və X3 verdiyi izahatında Zərərçəkmiş şəxs dediklərini bir daha təsdiq etmiş, xx.xx.2023-cü ildə Lənkəran şəhəri, Həzi Aslanov parkında insanlar içində Şəxs Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətdiyi eşitmiş və görmüşlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Lənkəran ŞRPŞ-nin arayışından görünür ki Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə 17:00-da tutulmadan azad edilmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhəri şəhəri, Həzi Aslanov adına parkda Lənkəran rayonu Zövlə kənd sakini Zərərçəkmiş şəxs ünvanına uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətdiyinə görə icimai qaydanı pozaraq xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində onun özünün və şahidin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəmiyyətin maraqlarını, eləcə də onun işləməməsini nəzərə alıb barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-118cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 75(yetmiş beş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə, yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar