Məhkəmə qərarları › İş №3(049)-1189/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1189/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1189/2022 21.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğu, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri, S.Bayramov küçəsi, ev 11/2-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran rayon İcra və Probasiya şöbəsindən Lənkəran rayon məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lənkəran rayon məhkəməsinin 2(049)- 1981/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixli X1 və xx.xx.2017-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq idddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu qətnaməni tam icra etməməklə icra məmurunun qanuni tələbinə əməl etməmiş və onun tələbkara borcu yaranmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq borclu tələbkara olan borcunu tam ödəməməklə icra sənədinin icrasından yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Lənkəran rayon məhkəməsinin 2(049)-1981/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014cü il tarixli X1 və xx.xx.2017-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq idddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Lakin məhkəməyə müraciət edildikdən sonra barəsində inzibati icraat aparılan şəxsin 200 manat ödəniş etməsi barədə məlumatı əldə edtmişdir. X3 əsəb xəstəliyindən əzab çəkməsini və ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. O, Lənkəran şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır. Psixi xəstəlidən əziyyət çəkir. Qeyd olunan aliment məbləğindən müəyyən hissəsini ödəmişdir. O, qərəzli olaraq alimenti ödəməkdən yayınmır. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli olaraq deyil, maddi imkanın olmaması səbəbindən özündən asılı olmayan səbəblərdən yayındığını, müəyyən ödənişləri etdiyini bildirib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-1981/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixli X1 və xx.xx.2017-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq idddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun çağırışlarına vaxtında gəlməklə, izahatlar verməklə və qətnamə üzrə müəyyən olunmuş borcu qismən olsa belə ödəməklə onun qanuni tələblərini yerinə yetirmişdir. İcra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Lənkəran rayon məhkəməsinin 2(049)-1981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar