Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1192/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3(üç) ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında TP5515127 saylı inzibati xəta haqqında qərar tərtib olunmuş və 30 (otuz) manat miqdarında cərimə edilmiş, eyni zamanda qeyd olunan cərimənin ödənilməsinin müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti Şəxs bildirilmişdir. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati qaydada 30 (otuz) manat məbləğində cərimə və 18(on səkkiz) manat dəbbə pulunu 3(üç) ay müddətində ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə inzibati qaydada tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128, 129 və 127-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 9(doqquz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1192/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1192/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver