Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1197/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Lənkəran şəhəri, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 333.1-ci maddələri tərtib edilmiş və Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Lənkəran ŞRPŞ-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə İXP ******* saylı 14 iyun 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535-ci maddələri ilə MN № ******* seriyalı, 13 iyun 2023-cü il tarixli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)- 1197/2023 saylı inzibati xətaya dair iş, MN № ******* seriyalı, 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1198/2023 saylı inzibati xətaya dair işlə bir icraatda birləşdirilməlidır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM : Şəxs barəsində İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1197/2023 saylı inzibati xətaya dair iş, MN № ******* seriyalı, 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə 3(049)-1198/2023 saylı inzibati xətaya dair işlə bir icraatda bir icraatda icraatda birləşdirilsin. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1197/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1197/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver