Məhkəmə qərarları › İş №3(049)-1198/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1198/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1198/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Lənkəran rayonu Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 iyun 2023-cü il tarixdə saat 22:00da inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1, 511.1.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 tərəfindən tərtib olunmuş 13 iyun 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 22 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsində ictimai yerdə küçədə uca səslə ünvansız küçə söyüşləri söyərək orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin hərəkətləri ilə o, AR İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 14 iyun 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 09 radələrində DAF markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşını narkotik vasitədən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir və avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin hərəkətləri ilə o, AR İXM-nin 511.1.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, 12 iyun 2023-cü il tarixdə saat 09 radələrində DAF markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən polis əməkdaşları onu saxlayarkən o, sərxoşluq müayinəsindən yayınmaq üçün idarə etdiyi avtomaşınla hərəkəti davam etdirməklə oradan yayınmışdır və avtomaşını həyətinə salmışdır. Bundan sonra həmin gün axşam saat 22 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsində polis əməkdaşları onu saxlayarkən o, uca səslə ünvansız olaraq nalayiq küçə söyüşləri söyərək, polis əməkdaşlarına tabe olmamışdır. Həmin səxoşluq müayinəsindən yayınmaqda məqsədi axşamdan spirtli içki qəbul etməsi olmuşdur. Lakin heç vaxt avtoxuliqanlıq hərəkəti etməmişdir. Bir müddətdir ki, narkotik vasitə metanfetamindən istifadə edir. Əməlindən peşmandır. Ona görə də ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə icraata xitam verilməlidir, Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X5 ifadəsində bildirmişdir ki, 12 iyun 2023-cü i tarixdə Şəxs yaxınlaşaraq özünü təqdim edərkən Orxan ünvansız olaraq nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X4 da ifadəsində X1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli 001463 nömrəli aktından görünür ki, müayinə zamanı Şəxs “amfetamin pozitiv” diaqnozu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” 722 nömrəli, xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Həmçinin qanunvericiliyin tələbinə əsasən, şəxsin əməlində inzibati xətanın olmasını sübutetmə yükü inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə düşür. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğu halda, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən edilməmişdir. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Həmin məcəllənin 34.1 maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2 maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4 maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 12 iyun 2023-cü il saat 22.00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar