Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-12/2023 05.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində BAİC D50 CVT LUXURY minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran rayon məhkəməsinin 3(049)-900/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1 şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq, məhkəmənin 14 noyabr 2022-ci il tarixli 3(106)-477/2022 saylı qərarı ilə, şikayət təmin edilmiş, Şəxs barəsində olan Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 3(049)-900/2022 nömrəli qərarı ləğv olunaraq, inzibati xəta haqqında iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli 02589 №-li alkotesterin nəticəsi barədə qəbzdən görünür ki, həmin tarixdə saat 08:29-da keçirilmiş müayinə zamanı Şəxs 0.467 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 296 №-li, 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00da müayinədən keçirilmiş, müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 55.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edib peşiman olmasını və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400(dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-12/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-12/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver