Məhkəmə qərarları › İş №3(049)-1203/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1203/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1203/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Masallı rayonu Yelağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Lənkəran rayonu Qumbaşı kəndində Vaz 21061 minik markalı ** RS *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib “X3 111 CDİ” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomil vasitəsinə ziyan vurduğuna görə barəsində İXM-nin 332.4-cü maddəsi ilə 22 mart 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Vaz 21061 minik markalı ** RS *** dövlət qeydiyyat nişanı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün 2012-ci ildən BC dərəcəli sürücülük vəsiqəsi olsada xx.xx.2022-ci ildə müddəti bitmişdir. 22 mart 2023-cü ildə saat 16 radələrində o həmin avtomobili idarə etməklə Masallı şəhərindən çıxıb Lənkəran şəhərinə yola düşmüşdür. Masallı rayonu Köhnə bazarda Respublika bankının yanında təxminən 30 dəqiqə dayanmış, sonra Masallı rayonu bayraq meydanından köhnə Ələt-Astara yoluna çıxıb Astara rayonu istiqamətində Lənkəran rayonuna yola düşmüşdür. Avtomobildə tək olmuş və avtomil texniki cəhətdən saz vəziyyətdə idi. Yolda Gəyəçil kəndi ərazisindən keçərkən yolun kənarında dayanmış bir neçə qadın ona işarə etdiyi üçün saxlamışdır. Lənkəran şəhərinə getdiyindən maşına minib arxa oturacaqda sağ tərəfdə əyləşdi. Saat 17:20 radələrində köhnə Ələt-Astara yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən 180.5 kilometirliyi ilə Lənkəran rayonu istiqamətində avtomobili 70 km/saat sürətlə idarə etmişdir. Bu zaman təxminən 20-30 metr məsafədə qabaqda eyni istiqamətdə hərəkətdə olan “X3 111 CDİ” minik markalı avtomobilin dayandığını görmüş, qarşı yola çıxıb onu ötüb keçmək istiyəndə həmin avtomobil qarşısına çıxmışdır. Həmin anda o ayağını əyləcə qoyub tormuz vermişdir. Lakin avtomobilin sol arxa hissəsindən vurub toqquşmuşdur. Belə ki, onun avtomobilini qabaq sağ hissəsi ilə həmin avtomobilin sol arxa hissəsi arasında qarşı yolda toqquşma baş verdi. Toqquşmadan sonra avtomobilin fırlanaraq arxası yolayrıcıya tərəf üzü gəldiklrəi istiqamətə tərəf dayandı. Nəticədə o və avtomobildə olan qadın sərnişin müxtəlif bədən xəsarətləri aldılar. Hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə biri Lənkəran rayonuna apardılar. Bir daha belə hallara yol verməyəcək. Sübutların qiymətləndirilməsi barədə 10 may 2023-cü il tarixli qərarın surətini almış, həmi qərardan heç bir şikayəti yoxdur. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş edir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin 13 aprel 2023-cü il tarixli rəyindən görünür ki, «X3 111 CDİ» minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzlu olmuş və həmin maddənin tələblərinə riayət etməklə qarşısını almağa texniki imkanı olmamışdır. Vaz 21061 minik markalı ** RS *** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Şəxs hərəkətlərində tətqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzlu olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddələnin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdır. Sürücü Şəxs VAZ 21061 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin Arayışından müəyyən olunur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmiş və sürücülük vəsiqəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Lənkəran rayonu Qumbaşı kəndində Vaz 21061 minik markalı ** RS *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib «X3 111 CDİ» minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomil vasitəsi ilə toqquşaraq X2 maddi ziyan vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400(dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar