Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1204/2023 19.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 iştirakları ilə xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsində piyada hərəkətdə olan zaman şəxsi istehlak miqdarından az olan miqdarda 0.065 qram narkotik vasitə heroini saxladığına görə barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Özü narkotik vasitələrdən istifadə edir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum edilmişdir. Əməlindən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 müdafiə etdiyi şəxsin əməlini etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alıb şəxs barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmiş, Şəxs aşkar edilərək götürülmüş 0.065 qram çəkidə narkotik vasitə heroinin Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2023-cü il tarixli 19/664 №-li rəyindən görünür ki, “Şəxs üzərindən aşkar olunan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 Sisteminin məlumatlarına əsasən Şəxs heç bir növ sosial müavinət və əmək pensiyası almır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «heroin» olan maddə narkotik vasitədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi-həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı və ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını İXM-nin 32.1.1-ci və 32.2-ci maddələrinə əsasən, iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməllərin törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir. İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, Lənkəran ŞRPŞ-də maddi sübutların saxlanılma kamerasında saxlanılan Şəxs aşkar edilərək götürülmüş 0.065 qram narkotik vasitə heroin məhv edilməlidir. İXM-nin 55-ci maddəsinə əsasən 55.1 İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, İXM-nin 55.2-ci maddəsində fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilməsi nəzərdə tutulduğundan hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspetiza xərci dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar Şəxs həbs tənbeh tədbirinin tətbiqi hissəsində dərhal icra olunsun. Həbs etmənin əvvəli 19 iyun 2023-cü il tarixdən, saat 18:30-dan hesablansın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.065 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspetiza xərci dövlət büdcəsinə aid edilsin. Qərarın icrası Şəxs həbs tənbeh tədbirinin tətbiqi hissəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə, ekspertizadan sonra qalıq qalmış 10.065 qram narkotik vasitə heroinin məhv edilməsi hissəsində və ekspertiza xərcinin tutulması hissəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1204/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1204/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver