Məhkəmə qərarları › İş №3(049)-1207/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1207/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1207/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1, Protokol tərtib etmiş şəxs Lənkəran Rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında Şahbazlı Xalı̇ d Əlı̇ baba oğlu, iş üzrə icraat aparılan şəxs Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə açıq məhkəmə iclasında, xx xxxxxx 1992-ci il tarixdə Lənkəran rayonu, Port İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan (FİN: xxxxxxx) Şahbazlı Xalı̇ d Əlı̇ baba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ : Şahbazlı Xalı̇ d Əlı̇ baba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Lənkəran Rayon Məhkəməsiinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafuiq tədbir görülməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi barədə ona 7 iyun 2023-cü il tarixdə məlumat verilmiş və o, yaşadığı Bakı şəhərindən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gələrək sənədləri qəbul etmiş və izahat vermişdir. Onun icra sənədi üzrə borcu qaytarmamaq fikri olmamışdır və hazırda da həmin borcdan 1500 manatı ödəmişdir. O, icra məmurunun bütün çağırışlarına gəlmişdir. İlk dəfə 7 iyun 2023-cü il tarixdə, ikinci dəfə isə bügün yəni, 21 iyun 2023-cü il tarixdə gəlmişdir. onun cəmi 5309 manat borcu olduğunu bilir, həmin borcdan 1500 manat ödəmiş, qalan borcu isə qısa müddətdə ödəyəcəkdir. Himayəsində iki azyaşlı və epilepsiya xəstəsi olan uşağı vardır. Buna görə də, maddi çətinlik çəkmişdir. Göstərilənlərə əsasən iş üzə icraata xitam verilməsini xahiş eti. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun bütün şağırışlarına gəlmiş, borcundan ödəniş edərək məhkəmə sənədini icra etmək istəməsini nümayiş etdirmişdir. Göstərilənlərə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinin tövsifedici əlaməti icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsindən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra məmurunun qanuni tələblərini yerinə yetrimədiyinə dair hər hansı sübut müəyyən olunmamışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərar, bilridiş, izahatlardan müəyyən olunur ki, iş üzrə 05 may 2023-cü il tarixdə icraata başlanılmış, 07 iyun 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilərək izahatı alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 21 iyun 2023-cü il tarixdə 1500 manat ödəniş etmişdir. Göstərilənlərdən bir daha aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şahbazli Xalı̇ d Əlı̇ baba oğlu barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar