Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1214/2023 24.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin YNH inspektoru tərəfindən İXP № ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 şikayət verərək Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin YNH inspektoru tərəfindən İXP № ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, qanunvericlikdə inzibati xəta haqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin YNH inspektoru tərəfindən İXP № ******* saylı, 14 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1214/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1214/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver