Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1218/2023 17.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 dekabr 1991-ci ildə Tovuz rayonu, Dondarquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, "xxxx" QSC-də sürücü işləyən, Tovuz rayonu, Dondarquşçu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki olaraq yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi Mercedes Benz 1843LS yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili «Carsan» markalı ** ZA *** dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqu ilə birlikdə 16 may 2023-cü ildə saat 15:15 radələrində yeni Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu Sağaküçə kəndi ərazisindən keçən 171,9-cu kilometrliyində Astara rayonu istiqamətində qayçıvari hərəkət zolaqlarını tam kəsmiş vəziyyətdə arxaya doğru 5-6 km/saat sürətlə hərəkət etdirib yolun sağ kənarında tikinti obyektinin həyətinə manevr etdirərkən, bu zaman Astara rayonu istiqamətdə saatda 110 km/saat sürtələ sol zolaqla hərəkətdə olan X2 idarə etdiyi Daimler Benz minik markalı, ** BD *** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticəsində sonuncu avtomobilin sürücüsü Qadir Ağayev və sərnişini X1 xəsarət almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Mercedes Benz 1843LS yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili «Carsan» markalı ** ZA *** dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqu ilə birlikdə 16 may 2023-cü ildə saat 15:15 radələrində yeni Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu Sağaküçə kəndi ərazisindən keçən 171,9-cu kilometrliyində Astara rayonu istiqamətində qayçıvari hərəkət zolaqlarını tam kəsmiş vəziyyətdə arxaya doğru 5- 6 km/saat sürətlə hərəkət etdirib yolun sağ kənarında tikinti obyektinin həyətinə manevr etdirərkən, bu zaman Astara rayonu istiqamətdə saatda 110 km/saat sürtələ sol zolaqla hərəkətdə olan X2 idarə etdiyi Daimler Benz minik markalı, ** BD *** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, sürücü işləyir, qazancı yalnız bu işindəndir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 və X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan X1 və X2 məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 480 №- li və xx.xx.2023-cü il tarixli 481 №-li ekspert rəylərindən görünür ki, Tahmineh Molaeinin və Qadir Ağayevin bədəni üzərinə olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olduğu müəyyən edilmişdir. İş materiallarında olan 16 may 2023-cü il tarixi 001289 №-li «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Material üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023- cü il tarixli 8/1531 №-li rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz 1843LS markalı 99JS283 dövlət qeydiyyat nişanlı, yarımqoşqulu avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42- ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarqşısını almağa texniki imkanı olmuşdur.” Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyatı üzrə BDYPİ-nin YPXAnın 11-ci tağımına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, sürücü işləyərək ailəyə qazanc gətirən şəxs olduğunu onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AE seriyalı, 063008 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1218/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1218/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver