Məhkəmə qərarları › İş №3(049)-1245/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1245/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1245/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Veravul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərtib etdiyi 05 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu, Veravul kəndində küçədə Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətini pozaraq onların ünvanına nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Veravul kəndində olarkən küçədə bir qrup şəxsin Yol Patrul Xidmətinin xidməti avtomobilini saxladaraq orada olan polis əməkdaşlarına kəndin ərazisində yüksək sürətlə avtomaşını idarə etdiklərinə irad bildirdiklərini görmüşdür. O, da həmin vaxt həmin kütləyə qoşularaq polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşlarının onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, bunlara məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. Polislə mübahisə zamanı ucadan söyüş söymüşdür. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon X11 X14 Yol Patrul Xidmətinin inspektoru X6 izahatında bildirdi ki, 01 iyul 2023-cü il tarixdə xidmətdə olarkən Lənkəran rayonu, Veravul kəndi ərazisində bir qrup kənd sakini onun idarə etdiyi xidməti avtomaşının qarşısını kəsərək avtomaşını saxlamışlar. Bundan sonra həmin insan kütləsi polis əməkdaşlarına hücum edərək, onların Veravul kəndi ərazisində xidmət aparmalarına etiraz etmişlər. Həmin insan kütləsinin içində hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs da olmuşdur. O, da polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söymüşdür. Həmçinin dəfələrlə polis əməkdaşlarının onu nizamintizama dəvət etmələrinə baxmayaraq o, polisin bu qanuni tələbinə riayət etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X7, X3 və X9 da izahatlarında X4 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu, Veravul kəndində küçədə Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətini pozaraq, ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 iyul 2023-cü il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar