Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1246/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərtib etdiyi 05 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayonu, Veravul kəndində küçədə Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətini pozaraq onların ünvanına nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Veravul kəndində olarkən küçədə bir qrup şəxsin Yol Patrul Xidmətinin xidməti avtomobilini saxladaraq orada olan polis əməkdaşlarına kəndin ərazisində yüksək sürətlə avtomaşını idarə etdiklərinə irad bildirdiklərini görmüşdür. O, da həmin vaxt həmin kütləyə qoşularaq polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşlarının onu dəflərlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, bunlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polislə mübahisə zamanı ucadan söyüş söymüşdür. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən ona İXM-nin ittiham olunduğu maddələrinin sanksiyası həddində ən yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon X8 X11 Yol Patrul Xidmətinin inspektoru X4 izahatında bildirdi ki, 01 iyul 2023-cü il tarixdə xidmətdə olarkən Lənkəran rayonu, Veravul kəndi ərazisində bir qrup kənd sakini onun idarə etdiyi xidməti avtomaşının qarşısını kəsərək avtomaşını saxlamışlar. Bundan sonra həmin insan kütləsi polis əməkdaşlarına hücum edərək, onların Veravul kəndi ərzisində xidmət aparmalarına etiraz etmişlər. Həmin insan kütləsinin içində hazırda barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs da olmuşdur. O, da polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söymüşdür. Həmçinin dəfələrlə polis əməkdaşlarının onu nizamintizama dəvət etmələrinə baxmayaraq o, polisin bu qanuni tələbinə riayət etməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X5 və X6 da izahatlarında X2 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 03 iyul 2023-cü il saat 19.40-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1246/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1246/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver