Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1274/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X6, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X3 08 aprel 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında X7 barəsində Lənkəran Şəhər Rayon X11 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə inspektoru X6 tərəfindən MN ******* nömrəli, 06 iyul 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kənd ərazisində Zərərçəkmiş şəxs bir dəfə sillə ilə üzünə vuraraq və boyun nahiyəsinə sıyrıqdan xəsarət dərəcəsini təyin edilməyən və sağlamlığa zərər vuraraq xəsarət yetirmişdir.İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X8 bildirdi ki, Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək Haftoni qəsəbə sakini Şəxs ona müxtəlif xəsarətlər yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, ədavətləri vardır. X16 işıq idarəsində işlədiyindən və zərərçəkmiş şəxsə məxsus qeyri yaşayış yerinin işığını kəsdiyindən aralarında mübahisə vardır. Zərərçəkmiş şəxs özü uzun müddət ruhi xəstəlikdən müalicə almışdır. Hadisə günü, yəni 30 mart 2023-cü il tarixdə, səhər saatlarında o, atasını həkimə aparmaq istəyərkən Kərgalan kəndindən keçən zaman zərərçəkmiş şəxs özünə məxsus qoyun sürüsünü yoldan keçirmiş, özü isə yolun ortasında dayanıb avtomobilin keçməsinə mane olmuşdur. Atası bu hərəkətinə görə zərərçəkmiş şəxsi söymüş, bu zaman zərərçəkmiş şəxs onların avtomoblini saxlatdırıb söyüşü onlara qaytarmış, həmin vaxt o, avtombildən düşüb zərərçəkmiş şəxsə irad bildirmişdir. Aralarında sözlü mübahisə olmuş, o, zərərçəkmiş şəxsi vurmamış, xəsarət yetirməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun atası ilə uzun müddətdir ki, ədavətləri vardır. Ramiz Bəylərov işıq idarəsində işlədiyindən və ona məxsus qeyri yaşayış yerinin işığını kəsdiyindən aralarında mübahisə vardır. O, özü bir müddət ruhi xəstəlikdən müalicə almışdır. Hadisə günü, yəni 30 mart 2023-cü il tarixdə, səhər saatlarında o, özünə məxsus qoyun sürüsünü yoldan keçirmiş, özü isə yolun ortasında dayanmışdır. Həmin vaxt Şəxs, onun atası başqa bir şəxsin idarə etdiyi avtomobillə həmin yoldan keçmək istəyərkən o, yolun ortasında dayanıb avtomobilin keçməsinə mane olmuşdur. Bu vaxt Ramiz Bəylərov bu hərəkətinə görə onu söymüş, o, da avtomoblini saxlatdırıb söyüşü onlara qaytarmışdır. Həmin vaxt Şəxs, avtombildən düşüb onun üzünə sillə vumuş və boynundan tutmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsinin 30 mart 2023-cü il tarixli, 296 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində -boyun nahiyəsində sıyırıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə təqdim edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, göstərilən sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirini sübuta yetirəcək həddə deyil. Belə ki, iş üzrə təklif olunan sübutlar zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspeertiza rəyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatıdır. Qeyd olunan sübutları ayrı-ayrılıqda tədqiq etdikə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilmir və zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirir. Məhkəmə tibbi – eskpertizasınən rəyindən xəsarətin mövcudluğu təsdiqlənir, lakin rəydə həmin xəsarətin müayinə olunan şəxsin özü tərəfindən yetirilib-yetirilməməsinə dair hər hansı qeyd mövcud deyil. Məhz bu baxımdan, habelə zərərçəkmiş şəxsin uzun müddət müalicə almasını, eyni zamanda xəsarətlərin boyunda və üz nahiyəsində (xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsini istisna etməyəcək nahiyələrdə) olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan məhkəmə tibb ekspertizasının rəyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edəcək sübut növü kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tibb eskpertiza rəyi zərərçəkmiş şəxsdə olan xəsarətlərin varlığını təsdiqləsə də, hüquqi nəticə kimi həmin xəsarətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən yetrilməsini təsdiq edən yetərli sübut növü deyil. Bundan başqa, iş üzrə hadisəni görmüş, şahidi olmuş şəxsin və ya şəxslərin məhkəməyə dəvət edilərək dindirilməsi təklif edilsə də, zərərçəkmiş şəxs, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs belə bir şəxsin iştirakının təmin edilə bilinməsini istisna etmişlər. Göründüyü kimi, məhkəməyə araşdırılması üçün təklif edilən sübut növü şəxsin barəsində inzibati xətalar haqqında iş üzrə icraatın davam etdirilməsi üçün kifayət deyil. İXM-nin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1274/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1274/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver