Məhkəmə qərarları › İş №3(049)-128/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-128/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-128/2023 23.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Səttərxan küçəsi ev 4/2-də qeydiyyatda olmaqla, M.Hüseyn küçəsi, ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh Şəxs 18 oktyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2010-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2225/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin o icra sənədini icra etməmiş və onun hazırda 2970 manat aliment borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Vətən müharibəsi iştirakçısıdır və müharibədən sonra aldığı müalicə ilə əlaqədar bir müddət işləyə bilməmişdir. Hazırda fərdi əməklə məşğul olur, borcu ödəməkdən imtina etmir, hissə-hissə də olsa ödənişlər edir və hazırki aliment borcunu tam ödəmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2225/2021 saylı 15 dekabr 2021-ci il tarixli icra sənədinin tələbinə görə cavabdeh Şəxs 25 iyun 2021-ci il tarixdən başlayaraq birgənikahdan dünyaya gəlmiş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. X8 alimenti vaxtlı-vaxtında ödəmədiyi üçün 2970 manat aliment borcu yaranmışdır. Hazırda o borcu ödəmişdir. Odur ki, məhkəməyə ərizə ilə müraciət edərək inzibati işə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2225/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 25 iyun 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 26 noyabr 2018-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2225/2021 saylı 15 dekabr 2021-ci tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2225/2021 saylı 15 dekabr 2021-ci tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İş materiallarına əlavə edilmiş portaldan Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən 80 manat vətən müharibəsi veteranlarına verilən Prezident təqaüdü alır. İş materiallarından tələbkar Minurə Əsgərovanın məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu icra sənədinin icrasından yayınmır və hər ay qətnamədə 200 manat aliment ödənilməsi nəzərdə tutulsa da, o, bəzi ayları 150 manat, bəzi ayları isə 200 manat aliment ödəyir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tələbkara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Belə olan halda onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 367, 416, 425, 426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar