Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1297/2023 07.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, polis X1, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, 08 iyun 1958-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, polis X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 07 iyul 2023-cü il tarixli, MN1821460 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2023-cü il tarixdə, saat 07:00 radələrində Lənkəran rayonu, Mamusta kəndində küçədə ictimai yerdə qardaşı arvadı Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşləri ilə söyüb təhqir etmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, X1 Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, təqaudçüdür, 06 iyul 2023-cü il tarixdə, axşam saat 19 radələrində evinə 3 nəfər daxil olub Mirzəyev Şahəddin, X4 Seyidə əlindəki oraqla həyətindəki gülləri hamısını kəsmiçlər sonra öz evinin qapısını bağlamış sonra yaba ilə qapısını bağladığı yaba ilə qapılarını vurmuşlar gəlininə oğluna nalayiq sözlər deyərək küçədə onu təhqir etmişlər. Yolda harda görursə onu ailəsini təhqir etmişdir. O, da cavab olaraq 07 iyul 2023-cü il tarixdə, saat 7 radələrində Zərərçəkmiş şəxs söymüşdür. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil qızı hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 7 radələrində qonşusu X6 ilə söhbətləşərək gəlirmişlər bu zaman uca səslə qaynı Azad onu təhqir edərək şərəf ləyqətini alçaltmışır bu hadisə dəfələrlə olub dəfələrlə bu barədə polis şöbəsinə müraciət etmişlər. Münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Qaynı Azad onu hər dəfə görəndə söyüb təhqir etmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, 07 iyul 2023-cu il tarixdə Zərərçəkmiş şəxs evinə səhər tezdən getmişdir. Seyidə çörək almaq üçün marketə getmiş, birdən küçədən səs küy gəldiyini eşidib tez aşağı düşüb görmüşdür ki, Seyidəni Azad şöyüş söyərək təhqir etmişdir. Seyidə ağladığını görüb onu həyətə salmışdır. Seyidə sonra həyətdən çölə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Azad onun həyat yodaşıdır 20 ildən artıqdır ki, Seyidə onlara şər və böhtan atır onlara rahat yaşamağa imkan vermir. 07 iyul 2023-cü il tarixdə o, başqa yerdə olmuş, hadisəni görməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran – X10 06 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs müddətsiz olmaqla İİ dərəcə əlilliyə görə əmək pensiyası alır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, yüz manat cərimə tətbiq edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 07 iyul 2023-cü il tarixdə, saat 07 radələrində Lənkəran rayonu, Mamusta kəndində küçəsində zZərərçəkmiş şəxs söyüş söyərək xırda xuliqanlıq etmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq, yəni İXM-in 510 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlini etiraf etməsi, İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1297/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1297/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver