Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1298/2023 07.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə ərisi polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Ağası oğlunun iştirakları ilə xx xxxx 1971-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/17 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə ərisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 07 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 04 iyun 2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Ağası oğlunu taxta ilə başından vuraraq ona ənsa nahiyəsində qançırdan ibarət xəsarət yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə ərisi polis kapitanı X3 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Ağası oğlu onun keçmiş həyat yoldaşıdır. 04 iyun 2023-cü il tarixdə Əli onun yaşadığı mənzilə gəlmiş və həmin mənzilin qapısında onların arasında mübahisə yaranmışdır. Lakin o, Əlini vurmamış və ona xəsarət yetirməmişdir. Əli mütəmadi olaraq onun mənzilinə gələrək onunla mübahisə yaradır. Odur ki, protokola xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ağası oğlu bildirmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Onların arasında rəsmi nikah qeydiyyatı olmamış və onlar vətəndaş nikahına daxil olaraq ailə qurmuşlar. Bir il bundan əvvəl aralarında mübahisə yaranmış və onlar ayrılmışlar. 04 iyun 2023-cüil tarixdə o, qızına verdiyi mobil telefonu geri almaqdan ötrü Rənanın kirayədə yaşadığı mənzilə gedərək, telefonu geri tələb etmişdir. Həmin vaxt mənzilin giriş qapısında onların arasında mübahisə düşmüşdü. Mübahisə zamanı Rəna əlində olan taxta oxlovla onun baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. Həmin zərbələr nəticəsində o, xəsarət aldığında başında ağrılar yaranmışdır və o, xəstəxanada həkimə müraciət etmişdir. Bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün polisə müraciət etmişdir. Əvvəllər də dəfələrlə Rənanın barəsində polisdə və məhkəmədə material olmuşdur. Onun hazırda Rəna Mahmudovla barışmaq fikri yoxdur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 05 iyun 2023-cü il tarixli 553 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ağası oğlunun “bədəni üzərində – ənsə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. İş materiallarına əlavə edilmiş “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 1306/2023 saylı, 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ağası oğlu xx.xx.2023-cü il tarixində Təcili Yardım şöbəsinə daxil olmuş və xəstəyə “Başın səthi travması” diaqnozu qoyulmuşdur. “Elektron məhkəmə” İnformasiya Sistemində edilən sorğudan müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin icraatında olan 3(049)-829/2022 saylı inzibati xəta işin icraatına zərərçəkmişlə barışdığına görə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1298/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1298/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver