Məhkəmə qərarları › İş №3(049)-1299/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1299/2023

08.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1299/2023 08.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X15, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, tərcüməçi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzində Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğuna görə Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X15 tərəfindən İXMnin 510-cu maddəsi ilə 07 iyul 2023-cü il il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 Elxan Ağaşirin oğlunun xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzində Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğunu, buna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 1984-cü ildən Rusiya Federasiyasının vətəndaşıdır. Əvvəllər RF-də daxili işlər orqanlarında xidmət etmiş, daha sonra pensiyaya çıxmışdır. Heç yerdə işləmir. Rusiya Federasiyasının Moskva şəhərində yaşasa da, qohumlarının yanına Lənkəran rayonuna baş çəkməyə gəlir. RF vətəndaşı olsa da, azərbaycan dilində sərbəst danışa bilir. Sonuncu dəfə 2023-cü ilin may ayında ölkəyə gəlmiş, qayınatasına məxsus Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən evdə müvəqqəti yaşayır. 06 iyul 2023-cü il tarixdə arvadı, gəlini və nəvələri ilə birlikdə istisu vannası qəbul etməkdən ötrü Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzinə getmişdir. İstisu vannası qəbul etdikdən sonra çay içmək üçün həmin ərazidə yerləşən çayxanaya gəlmişlər. Çayxanaya yaxınlaşanda orada olan çay içmək üçün nəzərdə tutulmuş masaların ətrafında olan skamya tipli oturacaqda sonradan adının Zərərçəkmiş şəxs adlı şəxs olması ona məlum olan bir nəfər yaşlı kişinin uzandığını görmüşdür. Həmin yaşlı kişinin skamyada uzanmasından əsəbiləşərək, ona qarşı ucadan nalayiq ifadələr işlətmiş, çayçı Telman Məmiyevi səsləyərək, həmin kişinin nə üçün oturacaqda uzanmasını irad bildirmişdir. Həmin vaxt onların yanında Zərərçəkmiş şəxs həyat yoldaşı, nəvələri, Telman Məmiyev və özünün ailə üzvləri olmuşdur. Həmin şəxslər onu sakitləşdirməyə çalışmış, daha sonra başqa masada çay içərək oradan getmişlər. Şəxs izahatında əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi ifadələrə görə üzrxahlıq etdiyini bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Əlilliyi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili X1 Elxan Ağaşirin oğlunun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs üzrxahlıq etdiyini nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhərində yaşayır, ailəsi və məktəbli nəvələri ilə birlikdə Lənkəran rayonuna istirahət etməyə gəlmişdir. 06 iyul 2023-cü il tarixdə arvadı və nəvələri ilə birlikdə istisu vannası qəbul etməkdən ötrü Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzinə getmişdir. Çay içmək üçün həmin ərazidə yerləşən çayxanaya getmişlər. Günorta saatları olduğundan hava isti olduğu üçün kölgə olan yerdə arvadı və nəvələri istirahət etmişdir. Başı ağrıdığı üçün özünü pis hiss etdiyindən çay içmək üçün nəzərdə tutulmuş masaların ətrafında olan skamya tipli oturacaqda bir qədər uzanmışdır. Həmin vaxt həyat yoldaşı Səmayə Həbibova və üç azyaşlı nəvələri də onun yanında olmuşdur. Qəflətən sonradan adının Elxan olduğunu bildiyi şəxs ona yaxınlaşaraq ucadan onun ünvanına nalayiq ifadələr işlətmiş, çayçı Telman Məmiyevi də ora çağıraraq yenidən ona xoşagəlməz ifadələr işlədərək, onun və ailə üzvlərinin narahatlığına səbəb olan, onların normal istirahət etməsinə mane olan hərəkətlər etmişdir. O, Şəxs ziyalı və yaşlı şəxs olduğunu, başında olan ağrılarla əlaqədar qısa müddətdə heç kimə narahatlıq vermədən uzandığını bildirsə də, Şəxs buna məhəl qoymamış, ona “qulağından tutub səni dərəyə ataram” kimi ifadələr işlədərək ailəsinin yanında onun şəxsiyyətini alçaltmışdır. Həyat yoldaşı Səmayə Həbibova və azyaşlı nəvələri də onun bu hərəkətlərindən narahatlıq keçirmiş, qorxmuşlar. Telman Məmiyev və X18 Salayevi çətinliklə sakitləşdirərək ondan uzaqlaşdırmışlar. Şəxs hərəkətlərinə görə narahat olmuş, əlləri ayaqları əsmişdir. Şəxs üzrxahlığını qəbul etmir, onun barəsində sərt tənbeh tədbiri görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X8 izahatında göstərdi ki, Bakı şəhərində yaşayır, ailəsi və məktəbli nəvələri ilə birlikdə Lənkəran rayonuna istirahət etməyə gəlmişdir. 06 iyul 2023cü il tarixdə əri və nəvələri ilə birlikdə istisu vannası qəbul etməkdən ötrü Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzinə getmişdir. Çay içmək üçün həmin ərazidə yerləşən çayxanaya getmişlər. Günorta saatları olduğundan hava isti olduğu üçün kölgə olan yerdə istirahət etmişlər. Əri Zərərçəkmiş şəxs başı ağrıdığı üçün özünü pis hiss etdiyindən çay içmək üçün nəzərdə tutulmuş masaların ətrafında olan skamya tipli oturacaqda bir qədər uzanmışdır. Həmin vaxt o və üç azyaşlı nəvələri də Arifin yanında olmuşdur. Qəflətən sonradan adının Elxan olduğunu bildiyi şəxs Arifə yaxınlaşaraq ucadan onun ünvanına nalayiq ifadələr işlətmiş, çayçı Telman Məmiyevi də ora çağıraraq yenidən ona xoşagəlməz ifadələr işlədərək, onların narahatlığına səbəb olan, normal istirahət etməsinə mane olan hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs Şəxs ziyalı və yaşlı şəxs olduğunu, başında olan ağrılarla əlaqədar qısa müddətdə heç kimə narahatlıq vermədən uzandığını bildirsə də, Şəxs buna məhəl qoymamış, həyat yoldaşına “qulağından tutub səni dərəyə ataram” kimi ifadələr işlədərək onların yanında Arifin şəxsiyyətini alçaltmışdır. Onlar da Şəxs bu hərəkətlərindən narahatlıq keçirmiş, qorxmuşlar. Telman Məmiyev və o, Şəxs çətinliklə sakitləşdirərək ondan uzaqlaşdırmışlar. Şəxs hərəkətlərinə görə narahat olmuş, Arifin əlləri-ayaqları əsmişdir. Məhkəmə iclasında şahid X11 şahid X5 izahatına uyğun məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X13 izahatında göstərdi ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzində yerləşən çayxanada işləyir. xx.xx.2023-cü il tarixdə çayxanada olarkən qışqırıq səsləri eşitmiş, çayxana binasından çölə çıxanda Lənkəran rayonu, Haftoni qəsəbəsində yaşayan Şəxs onu çağırdığını eşitmiş, onlara yaxınlaşanda Elxanın bir nəfər yaşlı kişiyə skamyada uzanmasına görə, ucadan onun ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuş, Elxanı həmin şəxsin həyat yoldaşı ilə birlikdə sakitləşdirərək oradan uzaqlaşdırmışlar. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs Rusiya Federasiyasında daimi qeydiyyatdadır. Hazırda Lənkəran rayonu, Haftoni qəsəbəsində qayınatasına məxsus evdə yaşayır. 75 ******* nömrəli xx.xx.2017-ci il tarixdə verilmiş pasportun surətindən görünür ki, Şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Tutma protokolundan görünür ki, Şəxs 07 iyul 2023-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən “İbadi” istirahət mərkəzində Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci, zərər çəkmiş şəxsdən üzrxahlıq edərək barışığa cəhd etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 16.5-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 iyul 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar